Norveç Mülki Müdafiə Agentliyinin (DSB) rəhbəri Elizabet Orsater bildirib ki, Norveç hakimiyyət orqanları Rusiyanın hücumu zamanı istifadə olunacaq mülki evakuasiya planı hazırlayır.
Elchi.az xəbər verir ki, onun sözlərinə görə, agentlik Silahlı Qüvvələr və polislə sıx əməkdaşlıq edir. Hazırda potensial həssas ərazilərin qiymətləndirilməsi aparılır.
“Bunlara coğrafi baxımdan Rusiyaya yaxın ərazilər, eləcə də hərbi obyektlər daxildir”, – deyə Orsater bildirib.
“Artıq Finmarkanın şimal bölgəsində hərbi evakuasiya planı üzrə görüşlər keçirilib. Tromso və Sor-Varanger bələdiyyələri də bu cür tədbirlərə ehtiyac olduğunu bildiriblər. Norveç öz planlarını hazırlayarkən Rusiyanın Ukraynaya təcavüzündən əldə etdiyi dərslərdən istifadə edir. Digər şeylər arasında, təcavüzkarın elektrik şəbəkəsinə zərbə vurma ehtimalının yüksək olması nəzərə alınır. “Rusiyanın Ukraynadakı mülki hədəflərə də hücum etdiyini nəzərə alsaq, Norveçdə hansı hədəflərə hücum edilə biləcəyini daha geniş qiymətləndirmək lazımdır”, – Orseter qeyd edib.
Yeganə





















