ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İspaniyaya F-404 mühərrik ventilyatorlarının və əlaqəli avadanlıqların potensial satışını təsdiqləyib.
Elchi.az xəbər verir ki, Pentaqonun nəzdində olan Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) İspaniyaya potensial hərbi satışlarla bağlı açıqlama verib.
Bəyanata görə, İspaniyaya təxminən 200 milyon dollar dəyərində F-404 mühərrik ventilyatorlarının və əlaqəli avadanlıqların potensial satışı təsdiqlənib. Bəyanatda deyilir: “(Potensial) satış İspaniyanın mövcud və gələcək təhdidlərə cavab vermək qabiliyyətini artıracaq və ABŞ və digər müttəfiq qüvvələrlə qarşılıqlı fəaliyyətini artıracaq”.
Şayəstə





















