Tayvanın paytaxtı Taybeydə metroya tüstü bombası atan şəxs bıçaqla insanlara hücum edərək 9 nəfəri yaralayıb.
Elchi.az xəbər verir ki, Tayvanın paytaxtı Taypeydə metro stansiyasına tüstü bombası atılıb. Tüstü bombası atdıqdan sonra təcavüzkar təsadüfən ətrafındakılara bıçaqla hücum edib. Hadisə yerinə təhlükəsizlik qüvvələri və təcili yardım maşınları göndərilib və 4-ü ağır olmaqla 9 nəfərin yaralandığı bildirilib. Hadisə metroda geniş panika yaradıb və təhlükəsizlik qüvvələri hadisə yerinə çatanda qaçmağa çalışan təcavüzkar stansiyanın yanındakı ticarət mərkəzində yaralı halda yaxalanıb. Polisin ilkin məlumatına görə, 27 yaşlı hücumçu ticarət mərkəzinin 5-ci mərtəbəsindən tullanıb və müalicə üçün xəstəxanaya aparılıb. Hadisə ilə bağlı araşdırma başlandığı müddətdə metro xidmətləri müvəqqəti olaraq dayandırılıb.
Məryəm





















