"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Siyasi demaqogiyanın iflası: Bir həbslə çökən “düşərgə” və kirli oyunların sonu

19 Dekabr 2025 - 16:01
in SİYASƏT
FacebookVatsap

Mürəkkəb görünən siyasi proseslərlə əlaqədar bütün dövrlərdə ictimaiyyətə aydınlıq gətirə biləcək əsas məfhum siyasi maarifçilik hesab olunub. Məhz buna görə də sözügedən sahə hər zaman həm ölkə daxilində radikal düşərgənin “kirli” təzyiqləri ilə rastlaşıb, həm də xarici dövlətlərin müvafiq beyin mərkəzlərinin hədəfində olub. Təsadüfi deyil ki, hələ ötən əsrin doxsanıncı illərindən etibarən qlobal oyunçular tərəfindən siyasi maarifçiliyin kiçik dövlətlərdə peşəkar fəaliyyət növü kimi unutdurulub, siyasi münasibətlər müstəvisindən tamamilə çıxarılmasına dair cəhdlər edilib. Əvəzində isə Qərbin siyasi texnologiyalar nəzəriyyəsi sürətlə inkişaf edib və cəmiyyətin siyasi şüuru daha hiyləgər manipulyasiya metodları ilə tamamilə qarışdırılıb. Təəccüblü deyil ki, bizim ədəbiyyat və mətbuatda “milli siyasi fikir” ifadəsi ilə rastlaşmaq demək olar ki, artıq mümkün deyil.

Bunu da oxuyun

İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə zərbə endirdiyini açıqlayıb

Livan Prezidenti Türkiyədə rəsmi səfərdədir

İran Bolqarıstanı ABŞ hərbi aviasiyasının yerləşdirilməsindən imtina etməyə çağırıb

unnamed_5.png (1.51 MB)

Ona görə də sürətli informasiya axınları dövründə məsuliyyətli vətəndaş öz siyasi ayıq-sayıqlığını qorumağa məcburdur. Mövcud məsələdə isə insanın harayına yetən məhz siyasi maarifçilik ola bilər. Obyektiv və adekvat yanaşmanı tərənnüm edən siyasi maarifçilik vətəndaşı qərəzli manipulyasiyalardan sığortalayır və onu kiminsə kirli oyunlarında sadəcə alət kimi istifadə olunmaqdan qoruyur. Siyasi maarifçilik həm də küçədə cibgir kimi dolaşan və hər an yarana biləcək istənilən dolaşıqlığı öz yaramaz əməllərini həyata keçirmək üçün fürsət bilən radikalların demaqoji əməllərinin də qarşısını ala bilir. Odur ki, özünü müasir adlandıran bu qoca dünyada siyasi maarifçilik tətbiqi aktuallığını bərpa etməli və qorumalıdır.

Əslində, bu günlərdə şahidlik etdiyimiz bəzi hadisələr siyasi maarifçiliyi dolayı yolla aktiv fəaliyyətə dəvət edir. Dəqiq olan odur ki, bizə məlum olmayan hansısa xoşagəlməz hadisə və tendensiyaların qarşısını almaq üçün hökumət hərəkətə keçib və müşahidə etdiyimiz bütün hadisələr arasında mütləq ki, müəyyən bir əlaqə mövcuddur. Təbii ki, biz də vahid cəmiyyət olaraq müəyyən qənaətlərə gəlməli və yaşanan bu hadisələrdən doğru dərsləri çıxarmağı bacarmalıyıq. Xarici qüvvələrin təxribatçı alətinə çevrilmiş bir qrup dəstənin pozucu fəaliyyətinin nəticəsində bəzi dövlətlərdə yaşanmış fəlakət və böhranları əsla unutmaq olmaz.

Qeyd olunanlar müstəvisində yaşanan son hadisələrlə əlaqədar cəmiyyətdə adekvat baxışların olması üçün mütləq şəkildə bir məsələyə xüsusi olaraq diqqət yetirilməlidir. Uzun illər ərzində cəmiyyətə “müxalifətin lideri” kimi sırınan Əli Kərimli həbs olunub. Axı deyəsən, istənilən bir “lider”, hətta cinayət aləminin belə “lideri” həbs olunduğu təqdirdə narazılar hərəkətə keçir və öz etirazlarını bu və ya digər formada nümayiş etdirirlər?! Ən azından analoji hadisələrin bu cür ssenarilər üzrə inkişaf etməsini biz baxdığımız filmlərdə görmüşük. Bəs biz Azərbaycanda “bu boyda” hadisədən sonra nələrə şahidlik edirik?

Şahidlik etdiyimiz mənzərənin tam adı “sükutdur”. O, radikal düşərgənin həqiqətən də “lideri” olmuş olsaydı, mütləq ki, müxtəlif kütləvi xarakterli təxribatlara şahidlik edərdik. Reallıqda isə ən azından aksiyalara oxşayan tamaşalar belə olmadı. Demək ki, bilməli olduğumuz birinci həqiqət odur ki, nə bu siyasipərəst “lider”dir, nə də ki bu “qorxunc” düşərgə reallıqda heç yox imiş. Var olan ancaq insanları çaşdıran boş-boğaz emosional demaqogiya və bu cür emosional manipulyasiyalardan istifadə edən “qüvvələr” imiş. Heç şübhəsiz ki, cərəyan edən proseslər də məhz həmin “qüvvələrin” tərk-silah olunmasına hesablanıb.

Hadisələrdən öyrəndiyimiz digər vacib həqiqət odur ki, bu demaqoqun ətrafında saxta tərəfdaşları birləşdirən yeganə dəyər pul və özü kimi saxta olan vədlər imiş, əsla hansısa siyasi əqidə deyilmiş. Görünən də odur ki, təxribatlara ayrılan vəsaitlərin də tək nəzarətçisi elə özü imiş. İndi də həbsdə olduğu üçün 5–3 manat ayıra bilmir ki, bir-iki nəfər şivən qoparan cəlb etsinlər.

Diqqət yetirməli daha bir əlamətdar məsələ var. Bəli, bizə aydın oldu ki, reallıqda heç bir radikal düşərgə yoxdur. Ancaq onu da diqqətdən qaçırmamalıyıq ki, müxalifətdə olan siyasi partiyalar tərəfindən ümumiyyətlə bu psevdoliderin həbsi ilə əlaqədar heç bir rəsmi mövqe bildirilmədi. Əksinə, istənilən təxribat və xainlik əlaməti siyasi partiyalar tərəfindən aktiv şəkildə tənqid olundu. Sözügedən fakt bilavasitə onu sübut edir ki, Ə. Kərimli apriori olaraq müxalifətin lideri ola bilməzdi. Bu ad ona yalnız qrant axınlarına nəzarət etmək üçün lazım idi. Onun bu saxta statusundan ölkənin daxili məsələlərinə müdaxilə etmək istəyənlər də faydalanırdılar.

51892a51dbbd8e154d9dda9619c694fb.png (618 KB)

Müəyyən hadisələrin əsl səbəblərini anlamaq üçün onu da diqqətdən qaçırmamalıyıq ki, bu cür şərti “statuslu” siyasətçiyə ölkə daxilində nəzarət edənin də mütləq olaraq siyasi çəkisi artmış olur. Ehtimal edə bilərik ki, məhz bu fikrin arxasında əsl həqiqətlər gizlənib. Sözügedən mülahizə “niyə siyasi partiyalar sahəsində aparılan islahatlar kimlərisə çox narahat edirmiş?”, “niyə siyasi dialoq mühiti kimlərinsə qıcıqlanmasına səbəb olurmuş?”, “niyə təşviq olunan siyasi dialoq mühiti heç olmasa bircə dəfə guya ki, demokratiya uğrunda mübarizə aparan beynəlxalq təşkilatların hesabatlarında qeyd olunmur?” və nəhayət, “niyə radikal müxalifət siyasi dialoqdan imtina edirmiş?” – kimi sualları konkret şəkildə cavablandırır. Qeyd olunan faktlar və sadalanan sualların cavabları bizə deməyə əsas verir ki, Ə. Kərimli müxalifətin qəhrəmanı kimi yox, yalnız komikslərin lideri kimi çıxış edə bilər. Həbs faktı belə onu bu komikslərin “qəhrəmanı” statusundan xilas edə bilməz. Bu cür məzlum obrazlı nağılları Azərbaycan xalqı öz təcrübəsində çox görüb.

Bilməli olduğumuz digər önəmli həqiqət odur ki, bu cür avantürist demaqoqların şivənliyi səbəbindən həqiqətən də vətənpərvər olan siyasətçilər və siyasi partiyalar əziyyət çəkir. Çünki onların bu cür, yumşaq desək, “məsuliyyətsiz” davranışları səbəbindən müxalifətçilik institutuna zərbə vurulub və müxalifət məfhumu əhalinin ictimai şüurunda neqativ assosiasiyalar yaradıb. Odur ki, bütün təzyiqlərə rəğmən ölkədə aktiv şəkildə təşviq olunan siyasi dialoq mühiti və mövcud istiqamətdə aparılan islahatların həm də siyasi partiyalarla əlaqədar sağlam siyasi qüvvə kimi sosial stereotiplərin formalaşmasına xidmət etdiyini deyə bilərik. Heç şübhəsiz ki, bu gün bu hadisələrə bulaşmayacaq siyasətçilər və siyasi partiyalar böyük ehtimalla gələcəkdə bu millət və dövlətin əsl milli qüvvəsinə çevrilmək haqqını qazanmış olacaqlar.

Politoloq Asif Adil

Previous Post

Britaniya Ukraynadan İMTİNA ETDİ

Next Post

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!

Bənzər yazılar

İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə zərbə endirdiyini açıqlayıb

İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə zərbə endirdiyini açıqlayıb

30 İyul 2026 - 23:54

İran ordusu Bəhreyndə yerləşən ABŞ-ın Şeyx-İsa hərbi bazasının kritik infrastruktur obyektlərinə zərbələr endirib. Elchi.az xəbər verir ki, bu barədə İran...

Livan Prezidenti Türkiyədə rəsmi səfərdədir

Livan Prezidenti Türkiyədə rəsmi səfərdədir

30 İyul 2026 - 20:15

Livan Prezidenti Cozef Aun Türkiyəyə rəsmi səfərə gəlib. Elchi.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Prezident Sarayında...

İran Bolqarıstanı ABŞ hərbi aviasiyasının yerləşdirilməsindən imtina etməyə çağırıb

İran Bolqarıstanı ABŞ hərbi aviasiyasının yerləşdirilməsindən imtina etməyə çağırıb

30 İyul 2026 - 20:12

İranın xarici işlər naziri Abbas Əraqçi Bolqarıstanı ABŞ hərbi təyyarələrinin Bezmer aviabazasında müvəqqəti yerləşdirilməsi ilə bağlı qərarına yenidən baxmağa çağırıb....

Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib

Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib

30 İyul 2026 - 20:05

Türkiyədə TANAP və "SOCAR Türkiye"nin İdarə heyətlərinin iclası keçirilib. Elchi.az xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövşən Nəcəf "X"...

Next Post
Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!

“Fənərbağça” ulduz futbolçu ilə güclənəcək

"Fənərbağça" ulduz futbolçu ilə güclənəcək

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə zərbə endirdiyini açıqlayıb

İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə zərbə endirdiyini açıqlayıb

30 İyul 2026 - 23:54
Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

30 İyul 2026 - 23:51
ABŞ İrana görə beş şirkəti “qara siyahı”ya salıb

ABŞ İrana görə beş şirkəti “qara siyahı”ya salıb

30 İyul 2026 - 23:49
Livan Prezidenti Türkiyədə rəsmi səfərdədir

Livan Prezidenti Türkiyədə rəsmi səfərdədir

30 İyul 2026 - 20:15
İran Bolqarıstanı ABŞ hərbi aviasiyasının yerləşdirilməsindən imtina etməyə çağırıb

İran Bolqarıstanı ABŞ hərbi aviasiyasının yerləşdirilməsindən imtina etməyə çağırıb

30 İyul 2026 - 20:12
Sabah Bakının üç ərazisində qaz təchizatında fasilə yaranacaq

Sabah Bakının üç ərazisində qaz təchizatında fasilə yaranacaq

30 İyul 2026 - 20:08
Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib

Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib

30 İyul 2026 - 20:05
Sülh Şurası: Razılaşma icra edildikdən sonra HƏMAS Qəzzada inzibati rol oynamayacaq

Sülh Şurası: Razılaşma icra edildikdən sonra HƏMAS Qəzzada inzibati rol oynamayacaq

30 İyul 2026 - 20:01
Bu ilin ilk altı ayında Azərbaycanda hepatit B və C diaqnozu ilə 28 nəfər qeydiyyata alınıb – RƏSMİ

Bu ilin ilk altı ayında Azərbaycanda hepatit B və C diaqnozu ilə 28 nəfər qeydiyyata alınıb – RƏSMİ

30 İyul 2026 - 19:57
Prezident İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

Prezident İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

30 İyul 2026 - 19:33
Beynəlxalq axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya olunur

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya olunur

30 İyul 2026 - 19:30
Sumqayıtda və Yasamalda oğurluq edən şəxslər saxlanıldı

Sumqayıtda və Yasamalda oğurluq edən şəxslər saxlanıldı

30 İyul 2026 - 19:27
Ərdoğan: Cozef Aunla İsrailin Livana hücumlarını müzakirə etdik

Ərdoğan: Cozef Aunla İsrailin Livana hücumlarını müzakirə etdik

30 İyul 2026 - 19:25
İran Küveytdəki ABŞ bazasına hücum edib

İran Küveytdəki ABŞ bazasına hücum edib

30 İyul 2026 - 19:20
“Zirə” – “Payde” matçının start heyətləri açıqlandı

“Zirə” – “Payde” matçının start heyətləri açıqlandı

30 İyul 2026 - 19:15
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.