Avropa ölkələri dondurulmuş Rusiya aktivlərini Kiyevə ötürməməsi Ukraynaya son qoyub.
Elchi.az xəbər verir ki, bu barədə Britaniyanın “The Spectator” jurnalı yazıb.
“Reparasiya kreditinin verilməsindən imtina edildikdən və ya ən azı onun təxirə salınmasından sonra Kiyevin maliyyə dəstəyi həmişəkindən daha etibarsız olub. Nəticədə Ukrayna sözün əsl mənasında son günlərini yaşayır”, – bəyanatda deyilir.
Nəşrin köşə yazarının fikrincə, əgər Ukraynanın müttəfiqləri Rusiya aktivlərini ona keçirsələr, onların əksəriyyəti 2024-cü ildə Kiyevə verilən krediti qaytarmağa və silah almağa gedəcək. Nəşr qeyd edib ki, bu cür xərclər Ukraynaya ağır iqtisadi vəziyyətdə kömək etməyəcək.
Bundan əvvəl Slovakiyanın baş naziri Robert Fiko ölkəsinin Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirməkdən imtina etdiyini açıqlamışdı. O, buna səbəb kimi Slovakiyanın Ukrayna münaqişəsinin hərbi yolla həllinə inanmamasını göstərib.
Yeganə





















