“Amerika prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoysa, ABŞ-ın ən sülhsevər prezidenti kimi tarixə düşə bilər”.
Elchi.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Amerikanın “Newsmax TV” telekanalına müsahibəsində deyib.
“Ukraynadakı bu münaqişə Trampın köməyi ilə dayandırılarsa, o, tarixə düşəcək. Onun Nobel mükafatına ehtiyacı yoxdur. O, Amerika Birləşmiş Ştatlarının ən sülhsevər prezidenti kimi tarixə düşəcək”.
Onun sözlərinə görə, bunu Franklin Ruzveltdən sonra ABŞ-ın digər prezidentləri haqqında demək olmaz, Trampı fərqləndirən budur. “Onun yeddi və ya səkkiz müharibəni və ya münaqişələri dayandırmasının fərqi yoxdur. Amma diqqəti məhz buna yönəldib. Və müəyyən dərəcədə uğur qazanır”, – Lukaşenko əlavə edib.
Yeganə





















