ABŞ Prezidenti Donald Trampın amerikalılar arasında bəyənmə reytinqi 39% təşkil edir ki, bu da onun 2025-ci il yanvarın 20-də andiçmə mərasimindən bəri ən aşağı səviyyəyə yaxındır.
Elchi.az xəbər verir ki, bu, “Ipsos”un dekabrın 16-da dərc etdiyi sorğunun nəticələrinə görədir.
Respondentlərin 39 faizi Trampın prezident kimi fəaliyyətini bəyənir. Respondentlərin 59 faizi əks fikirdədir. Qalanları cavab vermədi.
Məlumatlara görə, respondentlərin yalnız 33%-i Tramp administrasiyasının iqtisadi siyasətini effektiv hesab edir, 58%-i isə narazıdır. Respondentlərin 41 faizi Trampın immiqrasiya ilə bağlı qərarlarını bəyənib, 52 faizi isə buna qarşı çıxıb.
Yeganə





















