Mexiko şəhərindən təxminən 50 kilometr qərbdə kiçik təyyarənin qəzaya uğraması nəticəsində ən azı 7 nəfər ölüb.
Elchi.az xəbər verir ki, Mexiko Şəhər Mülki Müdafiə Koordinatoru Adrian Hernandez bildirib ki, təcili eniş etməyə çalışan kiçik təyyarə Toluka Hava Limanından təxminən 5 kilometr məsafədə, Mexiko şəhərindən təxminən 50 kilometr qərbdə qəzaya uğrayıb.
Hernandez qeyd edib ki, göyərtədə 8 sərnişin və 2 heyət üzvü olub, lakin indiyə qədər 7 cəsəd tapılıb.
Bu arada, qəzanın səbəbləri ilə bağlı araşdırma aparıldığı bildirilib.
Şayəstə





















