Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyalar siyahısını yeniləyib
Elchi.az xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunan məlumatlarda qeyd olunub.
Avropa İttifaqı 17 fiziki şəxs və 4 qurumu anti-Rusiya sanksiya siyahısına əlavə edib.
Aİ sanksiyalarına fiziki şəxslərin Avropa Birliyinə girişinə qadağa və icma daxilində bütün maliyyə aktivlərinin dondurulması, hüquqi şəxslər üçün isə aktivlərin dondurulması və Avropa biznesləri ilə hər hansı əlaqənin qadağan edilməsi daxildir.
Yeganə





















