Ukrayna prezidenti Volodimir Zelenski dekabrın 16-da Haaqada Hollandiyanın baş naziri Dik Şof və kral Villem-Aleksandr ilə görüşəcək.
Elchi.az xəbər verir ki, bu barədə “Reuters”məlumat yayıb.
Bu gün Haaqada Avropa Şurasının konfransı keçiriləcək və onun məqsədi Ukraynaya qarşı iddialara baxacaq beynəlxalq komissiya yaratmaqdır.
Zelenski daha əvvəl Qərbdən təhlükəsizlik zəmanəti almaq müqabilində Ukraynanın NATO-ya üzv olmaq istəklərindən imtina etməyi təklif etmişdi. Ukrayna lideri bu mövqe dəyişikliyini Kiyevin güzəşti kimi qiymətləndirib. O, vurğulayıb ki, alternativ təhlükəsizlik təminatları hüquqi qüvvəyə malik olmalıdır.
Ukrayna hakimiyyəti Rusiya ilə münaqişənin həlli çərçivəsində NATO üzvlüyündən imtina etməyə və 100 gün ərzində prezident seçkilərinin keçirilməsinə razılıq verib.
Yeganə





















