Amerikalı rejissor Rob Reyner və həyat yoldaşı Mişel Reyner evlərində bıçaqlanaraq ölü tapılıblar.
Elchi.az xəbər verir ki, Kaliforniyanın Los-Anceles şəhərindəki yanğınsöndürənlər Reyner cütlüyünün evində təcili vəziyyət barədə məlumat verən zəngə cavab veriblər.
Onlar bildiriblər ki, cütlüyün evində 78 yaşlı kişi və 68 yaşlı qadın ölü tapılıb.
Associated Press-ə danışan hüquq-mühafizə orqanlarının əməkdaşları mərhumun Reyner cütlüyü olduğunu müəyyən ediblər.
Onlar bildiriblər ki, cütlük bıçaqlanaraq öldürülüb və hadisə ilə bağlı ailə üzvlərindən biri dindirilir.
Detektivlər işi qətl kimi araşdırırlar.
Məşhur rejissor Reyner “Harri Salli ilə görüşəndə”, “Bir neçə yaxşı kişi” və “Şahzadə gəlin” kimi filmləri ilə tanınırdı.
Şayəstə





















