"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədova təbrik ünvanlayıb

11 Dekabr 2025 - 15:41
in SİYASƏT
FacebookVatsap

Prezident İlham Əliyev Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədova məktub ünvanlayıb.

Bunu da oxuyun

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edildi

Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib

Azərbaycan Vyetnam tərəfdaşlığı yeni inkişaf perspektivləri yaradı

Elchi.az xəbər verir ki, məktubda deyilir:

“Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə Sizi və qardaş xalqınızı ürəkdən təbrik edirəm.

1995-ci ilin dekabrın 12-də 185 ölkənin yekdil dəstəyi ilə BMT Baş Assambleyası tərəfindən Türkmənistanın daimi bitərəflik statusunu tanıyan qətnamənin qəbul edilməsi ölkənizin tarixinə qızıl hərflərlə həkk olunan əlamətdar hadisə idi. Bitərəflik siyasətini yürüdən ölkəniz ötən dövr ərzində bütün sahələrdə sürətlə inkişaf edərək əhəmiyyətli uğurlara imza atmışdır.

Türkmənistanın bitərəflik statusu sülhsevərlik, dialoq və qarşılıqlı hörmət prinsiplərinə söykənən xalqınızın tarixi irsinə və adət-ənənələrinə əsaslanır. Bu gün Türkmənistanın daimi bitərəflik siyasəti regionda və qlobal səviyyədə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində vacib rol oynayır.

Biz ölkənizin bitərəflik siyasətinə daim hörmətlə yanaşırıq. Məhz bu səbəbdən Azərbaycan Respublikası həm 1995-ci, həm də 2015-ci illərdə BMT Baş Assambleyasının ölkənizin bitərəflik statusu ilə bağlı müvafiq qətnamələrinin həmmüəllifi olmuşdur.

İnanıram ki, qardaş xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkmənistan dövlətlərarası münasibətlərinin xoş ənənələrini yaşatmaq və möhkəmləndirmək, strateji tərəfdaşlığımızı dərinləşdirmək yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, qardaş Türkmənistan xalqına isə daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Previous Post

Siyartodan Azərbaycanla bağlı açıqlama

Next Post

Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədova məktub göndərib

Bənzər yazılar

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edildi

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edildi

19 Noyabr 2026 - 19:07

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfəri çərçivəsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb....

Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib

Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib

19 Noyabr 2026 - 17:06

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gəlib. Elchi.az xəbər verir ki, Hanoyun Noi Bai...

Azərbaycan Vyetnam tərəfdaşlığı yeni inkişaf perspektivləri yaradı

Azərbaycan Vyetnam tərəfdaşlığı yeni inkişaf perspektivləri yaradı

19 Noyabr 2026 - 14:26

Azərbaycanın xarici siyasətində Asiya dövlətləri ilə əlaqələrin genişləndirilməsi mühüm istiqamətlərdən birini təşkil edir. Bu çərçivədə Vyetnamla formalaşmış tarixi dostluğun müasir...

Sahibə Qafarova Türkmənistanda Valentina Matviyenko ilə görüşüb

Sahibə Qafarova Türkmənistanda Valentina Matviyenko ilə görüşüb

19 Noyabr 2026 - 12:01

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. Elchi.az xəbər verir ki, bu barədə...

Next Post
Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədova məktub göndərib

Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədova məktub göndərib

Xocalı türbəsinə bitişik məqbərə yeri aşkar edilib

Xocalı türbəsinə bitişik məqbərə yeri aşkar edilib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Bakıda iki gün bəzi yollarda hərəkət məhdudlaşdırılacaq, 6 marşrutun sxemi dəyişəcək

Bakıda iki gün bəzi yollarda hərəkət məhdudlaşdırılacaq, 6 marşrutun sxemi dəyişəcək

19 Noyabr 2026 - 19:25
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edildi

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edildi

19 Noyabr 2026 - 19:07
Yenilənmiş Xankəndi Şəhər stadionunda ilk rəsmi oyun keçirildi

Yenilənmiş Xankəndi Şəhər stadionunda ilk rəsmi oyun keçirildi

19 Noyabr 2026 - 18:55
XTQ-də hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

XTQ-də hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

19 Noyabr 2026 - 18:47
Bakıda Xüsusi Olimpiya Avropa Badminton Turnirinin açılış mərasimi olub

Bakıda Xüsusi Olimpiya Avropa Badminton Turnirinin açılış mərasimi olub

19 Noyabr 2026 - 18:34
İstanbulda “Bir Zəfər, iki şəhər” konsert proqramı keçirildi

İstanbulda “Bir Zəfər, iki şəhər” konsert proqramı keçirildi

19 Noyabr 2026 - 18:21
Peskov: Rusiya və Ukrayna arasında yaxın vaxtlarda əsir mübadiləsi baş tuta bilər

Peskov: Rusiya və Ukrayna arasında yaxın vaxtlarda əsir mübadiləsi baş tuta bilər

19 Noyabr 2026 - 18:13
Azərbaycanın 4 parataekvondoçusu dünya çempionatında mübarizə aparacaq

Azərbaycanın 4 parataekvondoçusu dünya çempionatında mübarizə aparacaq

19 Noyabr 2026 - 17:59
APEC-in növbəti sammitlərinin keçiriləcəyi ölkələr açıqlanıb

APEC-in növbəti sammitlərinin keçiriləcəyi ölkələr açıqlanıb

19 Noyabr 2026 - 17:45

Məleykə Abbaszadə BDU-nun da kollektivə təqdim olunub

19 Noyabr 2026 - 17:38
Tçuameni “Real Madrid”lə müqaviləsini uzatdı

Tçuameni “Real Madrid”lə müqaviləsini uzatdı

19 Noyabr 2026 - 17:24
Bakıda və bəzi yerlərdə külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və bəzi yerlərdə külək güclənəcək – XƏBƏRDARLIQ

19 Noyabr 2026 - 17:17
Putin Moskvanın Ukrayna üzrə kompromislərlə razılaşdığını bildirib

Putin Moskvanın Ukrayna üzrə kompromislərlə razılaşdığını bildirib

19 Noyabr 2026 - 17:08
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib

Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib

19 Noyabr 2026 - 17:06
Britaniya məhkəməsi Birminhemdə ölkə bayraqlarının asılmasını qadağan edib

Britaniya məhkəməsi Birminhemdə ölkə bayraqlarının asılmasını qadağan edib

19 Noyabr 2026 - 16:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.