“Avropada heç kim Ukrayna münaqişəsinin əsas səbəblərini və onların aradan qaldırılmasının vacibliyini qeyd etmir. Onlar sadəcə olaraq Kiyevin yenidən silahlanması üçün vaxt qazanmaq üçün möhlət istəyirlər”.
Elchi.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynadakı nizamlanma ilə bağlı səfirliyin dəyirmi masasında çıxışı zamanı deyib.
“Avropada heç kim kök səbəblərini belə qeyd etmir və onlar yalnız bir şeyi tələb edirlər: döyüşləri dərhal dayandırın, Ukraynaya və biz avropalılara nəfəs almaq şansı verin, Kiyev rejiminə silah və pulla az da olsa dəstək vermək üçün vaxt qazanın”,-deyə Lavrov vurğulayıb.
Yeganə





















