Tailand Silahlı Qüvvələri gərginləşən münaqişə zamanı Kambocanın sərhəd bölgəsinə tanklar yerləşdirib.
Elchi.az xəbər verir ki, bu barədə “Khmer Times” qəzeti Kambocanın Bontey Myençe əyalətinin administrasiyasının müşahidə kameralarının görüntülərinə istinadən xəbər verib.
Şəkillərdə Tailand silahlı qüvvələrinə aid olduğu iddia edilən iki tank əks olunub. Nəşrin məlumatına görə, hərbi maşınlar və yarımhərbi qüvvələr Kambocanın şimal-qərbində tikanlı məftilli sərhədi keçib, daha sonra Kambocanın Prey Çan kəndinə daxil olub.
Məryəm





















