"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Prezident Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib – YENİLƏNİB

05 Dekabr 2025 - 09:35
in SİYASƏT
FacebookVatsap

Prezident İlham Əliyev “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Bunu da oxuyun

Almaniya Rusiyanın Bonndakı baş konsulluğunu bağlayacaq

Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

Azərbaycanın Fransadakı səfiri Paris meriyasının ittihamlarına cavab verib

Elchi.az xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli konfrans iştirakçıları!

Sizi “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusuna həsr olunmuş III beynəlxalq konfransda ürəkdən salamlayıram.

Qədim dövlətçilik və mədəniyyət tarixinə malik Azərbaycan xalqı son iki əsrdə dəfələrlə məhrumiyyətlər, deportasiyalar və soyqırımları ilə üz-üzə qalmış, ermənilərin Azərbaycanın əzəli torpaqlarına köçürülməsindən sonra – 1905–1907, 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə azərbaycanlılara qarşı törədilən qırğınlar və qanunsuz köçürmələr nəticəsində yüz minlərlə soydaşımız öz doğma yurdunu tərk edərək Azərbaycana sığınmışdır.

Ermənistan ərazisində yaşayan azərbaycanlıların dağlıq bölgələrdən daha isti iqlimi olan yerlərə zorla köçürülməsi, onların illərlə qurub-yaratdıqları mülkiyyətin mənimsənilməsi, maddi-mədəniyyət nümunələrinin ələ keçirilərək dağıdılması və özgəninkiləşdirilməsi bu gün mötəbər sənədlərlə sübuta yetirilən tarixi faktlardır.

Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin maddi və qeyri-maddi mədəni irsini, müqəddəs inanc yerlərini, qəbiristanlıqlarını öz ərazisindən Azərbaycan xalqının izlərini silmək məqsədilə zaman-zaman məhv etmişdir. Ermənilərin azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlərinin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi üçün lazımi addımlar atılması və beynəlxalq ictimaiyyətin bu məsələdə bizə dəstəyi olduqca əhəmiyyətlidir.

Bu gün Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdışının Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda, Qaçqınların statusu haqqında Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıdış hüququ çərçivəsində təmin edilməsi, eləcə də mədəni irsin bərpası və qorunması ilə bağlı beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-nin ixtisaslaşmış qurumlarının iştirakı ilə prosesin başladılması üçün səylərin artırılması vacibdir. Çünki qayıdış hüququ insan hüquqlarının təməl prinsiplərindən biridir. Bu hüququn təmin edilməsi təkcə doğma yurda fiziki dönüş deyil, həm də toplumun mənəvi bütövlüyünün, mədəni irsinin və tarixi yaddaşının bərpası deməkdir.

Ermənistandakı Azərbaycan mədəni irsinin bərpası və qorunması Azərbaycan xalqının legitim tələbi olmaqla, ümumbəşəri dəyərlərə hörmət, düşmənçilik səhifəsinin qapanması, xalqlar arasında qarşılıqlı anlaşma üçün zəruridir.

Deportasiya və qırğınlardan birbaşa əziyyət çəkən insanları özündə birləşdirən Qərbi Azərbaycan İcmasının təmkinli, konstruktiv yanaşması, barışıq və dialoqa açıq olması, öz fəaliyyətini beynəlxalq hüquqa uyğun qurması, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməsi təqdir olunmalıdır.

2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın bir araya gəlməsi, Birgə Bəyannamənin imzalanması və sülh sazişi layihəsinin paraflanması hər iki xalqın gələcək birgəyaşayışının təmin olunması üçün ümid və inam yaradır.

İnanırıq ki, Qərbi Azərbaycan İcmasının sülhsevər üzvləri öz ata-baba yurdlarına qayıdacaq və xalqlarımız arasında mehriban qonşuluq münasibətləri yaranacaqdır.

Artıq beynəlxalq platformaya çevrilən bu ənənəvi beynəlxalq konfransın işinə uğurlar arzulayır, keçiriləcək müzakirələrin mədəni irsin qorunmasına və qayıdış hüququ barədə anlaşmaya, soydaşlarımızın doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə qayıdışına töhfə verəcəyinə, barışıq və sülhə aparan yolda mühüm addım olacağına əminliyimi bir daha vurğulayıram”.

***

09:23

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda keçirilən III Beynəlxalq Konfransın iştirakçılarına müraciət edib.

APA xəbər verir ki, dövlət başçısının müraciətini Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev oxuyub.

Previous Post

Əmtəə bazarlarında qızıl bahalaşıb

Next Post

Azərbaycan Prezidenti: Ermənilərin cinayətlərinin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi üçün addımlar atılması əhəmiyyətlidir

Bənzər yazılar

Almaniya Rusiyanın Bonndakı baş konsulluğunu bağlayacaq

Almaniya Rusiyanın Bonndakı baş konsulluğunu bağlayacaq

01 Sentyabr 2026 - 21:47

Almaniya avqustun 4-də Leypsiq/Halle hava limanında baş vermiş dron insidentindən sonra Rusiyanın Bonndakı baş konsulluğunu bağlamaq qərarına gəlib. Elchi.az  Almaniya...

Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

01 Sentyabr 2026 - 19:26

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfəri sentyabrın 1-də başa çatıb. Elchi.az xəbər verir ki, “Manas” Beynəlxalq Hava...

Azərbaycanın Fransadakı səfiri Paris meriyasının ittihamlarına cavab verib

Azərbaycanın Fransadakı səfiri Paris meriyasının ittihamlarına cavab verib

01 Sentyabr 2026 - 19:10

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Paris meriyasının ittihamlarına cavab verib. Elchi.az xəbər verir ki, səfir bu barədə "X”də paylaşım edib....

Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü

Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü

01 Sentyabr 2026 - 18:55

Milli Məclisin sədri Sahibə Qafarova Serbiyaya işgüzar səfəri çərçivəsində sentyabrın 1-də Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmudla görüşüb. Bu...

Next Post
Prezident 2025–2030-cu illər üçün narkotiklərə qarşı mübarizə proqramını təsdiqlədi

Azərbaycan Prezidenti: Ermənilərin cinayətlərinin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi üçün addımlar atılması əhəmiyyətlidir

Azərbaycanın bu ölkədəki səfiri geri çağırıldı

Prezident İlham Əliyev: Qərbi Azərbaycan İcmasının sülhsevər üzvləri öz ata-baba yurdlarına qayıdacaq

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Bank of America”nın vitse-prezidenti Nyu-Yorkda bıçaqlı hücum nəticəsində ölüb

“Bank of America”nın vitse-prezidenti Nyu-Yorkda bıçaqlı hücum nəticəsində ölüb

01 Sentyabr 2026 - 22:43
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətlərinə “yeni baxış” lazımdır

Paşinyan: Ermənistanın Rusiya ilə münasibətlərinə “yeni baxış” lazımdır

01 Sentyabr 2026 - 22:20
“Xatəm əl-Ənbiya” ABŞ-ni cavab zərbəsi ilə hədələyib

“Xatəm əl-Ənbiya” ABŞ-ni cavab zərbəsi ilə hədələyib

01 Sentyabr 2026 - 22:14
Bu il 89 uşaq övladlığa verilib

Bu il 89 uşaq övladlığa verilib

01 Sentyabr 2026 - 21:58
Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin məhkəməsi başlayır

01 Sentyabr 2026 - 21:55
Azərbaycanlı jurnalistlər İsraildə 7 oktyabr faciəsinin baş verdiyi məkanı ziyarət ediblər

Azərbaycanlı jurnalistlər İsraildə 7 oktyabr faciəsinin baş verdiyi məkanı ziyarət ediblər

01 Sentyabr 2026 - 21:51
Sentyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar məlum olub

Sentyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar məlum olub

01 Sentyabr 2026 - 21:48
Almaniya Rusiyanın Bonndakı baş konsulluğunu bağlayacaq

Almaniya Rusiyanın Bonndakı baş konsulluğunu bağlayacaq

01 Sentyabr 2026 - 21:47
Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

01 Sentyabr 2026 - 19:26
Azərbaycanın Fransadakı səfiri Paris meriyasının ittihamlarına cavab verib

Azərbaycanın Fransadakı səfiri Paris meriyasının ittihamlarına cavab verib

01 Sentyabr 2026 - 19:10
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü

Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü

01 Sentyabr 2026 - 18:55
Azərbaycanla Çin arasında enerji layihələri müzakirə olundu

Azərbaycanla Çin arasında enerji layihələri müzakirə olundu

01 Sentyabr 2026 - 18:47
Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edildi

Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edildi

01 Sentyabr 2026 - 18:43
Bakının bu küçələrində sıxlıq var – SİYAHI/YENİLƏNDİ

Bakının bu küçələrində sıxlıq var – SİYAHI/YENİLƏNDİ

01 Sentyabr 2026 - 18:38
Qabriel Jezus “Barselona”da – RƏSMİ

Qabriel Jezus “Barselona”da – RƏSMİ

01 Sentyabr 2026 - 18:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.