Honq-Konqda yaşayış kompleksində baş verən güclü yanğından sonra 300-ə yaxın ev heyvanı xilas edilib.
Elchi.az xəbər verir ki, bu barədə Heyvanlara Qəddarlığın Qarşısının Alınması Cəmiyyətinin (SPCA HK) heyvan hüquqları təşkilatının Honq-Konq bölməsi məlumat verib.
“Yanğından sonra cəmi 364 heyvan tapıldı, onlardan 294-ü sağ qalmış, 70-i isə təəssüf ki, dünyasını dəyişib. 173 heyvan hələ də itkin düşmüş hesab edilir və bununla da zərərçəkmiş heyvanların ümumi sayı təqribən 537-yə çatıb”, – SPCA HK Facebook-da yazıb. Xilas edilən ev heyvanları arasında pişiklər, itlər, tutuquşular, tısbağalar və başqaları var.
Heyvanlara Qəddarlığın Qarşısının Alınması Cəmiyyəti bundan əvvəl yanğından sonra 92 ev heyvanının xilas edildiyini bildirmişdi.
Məryəm




















