Yunanıstanda fermerlər Afina-Saloniki avtomobil yolunu traktorları ilə bağladılar.
Elchi.az xəbər verir ki, Yunanıstan Xəbər Agentliyinin (AMNA) məlumatına görə, fermerlər Afina ilə Saloniki arasındakı avtomobil yolunu traktorları ilə bağladılar.
Etiraz şəhərlərarası nəqliyyatı pozdu.
Fermerlər istehsal xərclərini azaltmaq və dövlət güzəştləri ilə bağlı korrupsiya qalmaqalının araşdırılması səbəbindən gecikmiş ödənişlərin ödənilməsi üçün hüquqi tənzimləmə tələb edirlər.
Fermerlər həmçinin gömrük qapılarına və hava limanlarına aparan yolların bağlanması imkanını nəzərdən keçirirlər və həftə ərzində keçiriləcək məsləhətləşmələr zamanı etirazları digər bölgələrə də genişləndirmək planlarını müzakirə edəcəklər.
Şayəstə





















