Pakistanın Xayber-Paxtunxva əyalətində təhlükəsizlik nəzarət-buraxılış məntəqəsinə hücum nəticəsində 3 polis əməkdaşının həlak olduğu bildirilir.
Elchi.az xəbər verir ki, Pakistan mətbuatında yayılan məlumatlara görə, dünən axşam saatlarında Hayber-Paxtunxva əyalətinin Hanqu rayonunda təhlükəsizlik məntəqəsində terror aktı həyata keçirilib. Buna cavab olaraq təhlükəsizlik qüvvələrinin hücumçulara qarşı əməliyyat başlatdığı bildirilib.
Səlahiyyətlilər iki saat davam edən qarşıdurmada 3 polis əməkdaşının öldüyünü təsdiqləyib və hücumu həyata keçirən qrupun da itki verdiyini açıqlayıb.
Məryəm




















