"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

İrandakı anti-Azərbaycan qruplar yenidən fəallaşdı

27 Noyabr 2025 - 15:23
in SİYASƏT
FacebookVatsap

Rəsmi Tehran Bakıya nazir müavinini göndərib; Azərbaycanın hərbi qüdrətindən narahat olan dairələr yenidən “köhnə havalara” qayıdıb

İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Bakıya gəlib. Xarici işlər naziri Ceyhun Bayramovla görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, eləcə də regional məsələlər müzakirə olunub. İki ölkə arasında siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar sahələri üzrə əməkdaşlığın perspektivlərini müzakirə edən tərəflər xüsusilə Azərbaycan və İran tərəfindən icra olunan bir sıra layihələrin regionumuzdan keçən nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynadığını bildiriblər.

Bunu da oxuyun

Bakıda Mərakeş İrsi Günləri keçiriləcək

Azərbaycan BMT Baş Assambleyasının növbəti sessiyasında təmsil olunacaq

Ermənistan konstitusiyasını dəyişməlidir – Rəsmi Bakıdan açıq mesaj

Maraqlıdır ki, səfər ərəfəsi İranda fəaliyyət göstərən anti-Azərbaycan qrupun üzvləri fəallaşıblar. Qrupun əsas üzvlərindən olan Əhməd Kazemi özünün şəxsi blogunda Azərbaycan əleyhinə daha bir məqalə ilə çıxış edib. O iddia edib ki, guya Bakı, Ankara və İrəvan arasında İran əleyhinə gizli razılaşmalar var. “Bakı və Ankara İranın mövqeyini zəiflətmək üçün Zəngəzur dəhlizinə yeni ad seçib”.

Onun sözlərinə görə, Azərbaycan Ermənistanla olan danışıqlarda İranı geosiyasi intriqaya çəkmək niyyətində olub. Bu azmış kimi, Kazemi onu da iddia edib ki, Zəngəzur bölgəsində əhalinin azalması və köç etməsi Bakının planları ilə əlaqəlidir.

“Ermənistanla ABŞ arasında bağlanan müqavilə ölkəmiz üçün siyasi təhlükədir”. Bunu isə İran parlamentinin Quruculuq Komissiyasının üzvü Əlireza Nesari “Khabarfori” saytına açıqlamasında deyib. O qeyd edib ki, Zəngəzur dəhlizi layihəsi marşrutunun İrandakı 107 kilometrlik hissəsinin təkmilləşdirilməsinə və tikintisinə ehtiyac var və bu iş 4-5 il çəkəcək.

Nesari onu da bildirib ki, İran bəzi addımlar atmalıdır: “Biz iki məsələni proqnozlaşdırmalıyıq: İran torpağından keçən hissə tamamlanarsa, ağırtonnajlı nəqliyyatın keçidi daha asan olacaq. Bu marşrutu təmin etsək, onlar bizim marşrutla keçmək məcburiyyətində qalacaqlar”.

İranın 8 noyabrda keçirilən Zəfərin 5 illiyinə həsr olunmuş hərbi parad isterikası da hələ davam edir. Bu ölkənin mediası mütəmadi olaraq Azərbaycanın nümayiş etdirdiyi silahları təftiş və onların özləri üçün “təhlükə” olduğunu iddia edir. “Mashregh News” saytı bununla bağlı yazıb ki, guya paradda nümayiş etdirilən bütün silahlar İsrail istehsalıdır. Hətta Çin və Rusiya istehsalı olan silahları belə İsrailin adını çıxıb.

Rəşad Bayramov:

Rəşad Bayramov

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov “Yeni Müsavat”a söylədi ki, son illərdə, xüsusilə də Qarabağ zəfərindən sonra İranda müəyyən siyasi dairələrin təmsilçilərinin və anti-Azərbaycançı qrupların ölkəmizlə bağlı əsassız iddialar irəli sürərək, regionda yeni yaranan geosiyasi reallıqlara qarşı müqavimət göstərməsi açıq şəkildə müşahidə olunmaqdadır: “Bu dairələr Azərbaycanın müstəqil və çoxtərəfli xarici siyasət kursunu, eləcə də Cənubi Qafqazda əldə etdiyi strateji nailiyyətləri heç bir şəkildə həzm edə bilmirlər. İranın bu anti-Azərbaycan ritorikası əsasən üç mərkəzi xətt üzrə formalaşır. Birincisi, Azərbaycanın suveren xarici siyasətinə qarşı təzyiqdir. Belə ki, İranın bəzi siyasi dairələri Azərbaycanın qlobal güc mərkəzləri ilə, xüsusilə də Qərb və Türkiyə ilə əlaqələrini inkişaf etdirməsini Tehran üçün bir təhlükə olaraq görürlər. Bu dairələr Azərbaycanın müstəqil siyasi qərarlar qəbul etməsini, həm regionda, həm də beynəlxalq səviyyədə təsirli bir aktora çevrilməsini qəbul etməkdə çətinlik çəkirlər.

İkincisi, İranın siyasi dairələrində Azərbaycanla bağlı əsassız etnik və tarixi iddiaların təkrarlanmasıdır. Bu qruplar ölkənin daxili işlərinə qarışmaq üçün müxtəlif sosial və etnik təzyiqlər yaratmağa çalışırlar. Məqsəd İranda yaşayan soydaşlarımızın Azərbaycanla olan mədəni və etnik bağlarını zəiflətməkdən, Azərbaycanın inkişaf modelindən ilhamlanmaqdan yayındırmaqdır.

Üçüncü xətt isə özündə regiondakı yeni güc balansına qarşı müqaviməti ehtiva edir. 44 günlük Vətən savaşından sonra Azərbaycan yalnız öz ərazi bütövlüyünü bərpa etmədi, həmçinin Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının əsas oyunçusuna çevrildi və İran bunu regiona təsir imkanları baxımından təhdidi olaraq görür. Eyni şəkildə Azərbaycan və Ermənistan arasındakı əməkdaşlığı, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı razılaşmaları da özünün iqtisadi və strateji maraqlarına zərbə olaraq qiymətləndirir. Halbuki Zəngəzur dəhlizinin inkişafı, yalnız Azərbaycanın deyil, həm də regionun iqtisadi və kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Buna görə də İranda anti-Azərbaycan qüvvələrin mövqeyini və təbliğatını, regiondakı yeni geosiyasi reallıqları qəbul etməkdən yayınmağa çalışan qüvvələrin öz mövqelərini qorumağa yönəlmiş cəhdi kimi qiymətləndirmək lazımdır”.

Niyaməddin Orduxanlı

ƏHD Partiyasının baş katibi Niyaməddin Orduxanlı cənub qonşumuzu Azərbaycanın hərbi qüdrətindən narahat olmamağa çağırdı: “Azərbaycan hər zaman İran dövləti ilə normal, ikitərəfli və qarşılıqlı münasibətlərin olmasında maraqlı olub. Biz İranı da türk dövləti hesab edirik. Zəngəzur dəhlizinin açılması ən çox İran iqtisadiyyatına böyük xeyir vermiş olur. Əhməd Kazemi böyük səhvə yol verir və qərəzlidir. Hansı təhlükədən söhbət gedə bilər? On illərdir Amerikanın ağır sanksiyalarına məruz qalan, əhalisinin böyük hissəsi yoxsulluq səviyyəsindən aşağı yaşayan İran dövlətinə Zəngəzur dəhlizinin açılması quru yolla böyük ticari əlaqələr yaradacaq. Çox təəssüf ki, İran molla rejiminin nümayəndələri hələ də Azərbaycanın inkişafını, güclənməsini, qüdrətlənməsini ölkələri üçün təhdid kimi qəbul edirlər. 5 illik paradımızda Azərbaycanın hərbi qüdrətinin bir daha nümayiş etdirilməsi İran rəsmilərini narahat etməməlidir. Biz tək İsrail dövləti ilə deyil, qardaş Türkiyə, Pakistan, İtaliya, Belarus, Çin və o cümlədən də Rusiya ilə hərbi əməkdaşlıq edirik. İranın həmin dairələri niyə unudurlar ki, 30 ildən artıqdır ki, müsəlman məscidlərini dağıdan və donuz saxlayan Ermənistana hər cür dəstəyi verən İran dövlətidir.

Qarabağda vaxtilə “Ohanyan səddi”ni tikən və buna görə Ermənistana milyonlarla ton sement verən İran deyildimi? Qarabağın bütün daşını, kəsəyini söküb İrana aparan kim idi?”

Previous Post

“Onlara ehtiyacımız yoxdur” – Tramp

Next Post

Bu şəxslərə 4000 manat veriləcək – SİYAHI

Bənzər yazılar

Bakıda Mərakeş İrsi Günləri keçiriləcək

Bakıda Mərakeş İrsi Günləri keçiriləcək

09 Sentyabr 2026 - 17:45

Sentyabrın 10-dan 14-dək Azərbaycanda Mərakeş İrsi Günləri keçiriləcək. Mərakeş Krallığının Azərbaycan Respublikasındakı Səfirliyindən Elchi.az-a verilən məlumata görə, tədbir səfirliyin "Joussour...

Azərbaycan BMT Baş Assambleyasının növbəti sessiyasında təmsil olunacaq

Azərbaycan BMT Baş Assambleyasının növbəti sessiyasında təmsil olunacaq

09 Sentyabr 2026 - 14:45

Azərbaycan BMT Baş Assambleyasının növbəti sessiyasında böyük nümayəndə heyəti ilə təmsil olunacaq. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib. "BMT...

Ermənistan konstitusiyasını dəyişməlidir – Rəsmi Bakıdan açıq mesaj

Ermənistan konstitusiyasını dəyişməlidir – Rəsmi Bakıdan açıq mesaj

09 Sentyabr 2026 - 14:14

Azərbaycan Ermənistanla sülh prosesinin irəli aparılması istiqamətində mühüm addımlar atıb. Elchi.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov...

Nazir: Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıb

Nazir: Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıb

09 Sentyabr 2026 - 13:18

Artıq Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanılıb. Elchi.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib....

Next Post
Bu şəxslərə 4000 manat veriləcək – SİYAHI

Bu şəxslərə 4000 manat veriləcək - SİYAHI

Finlandiyada Rusiya ilə sərhəddə hərbi təlimlər başlayıb

Finlandiyada Rusiya ilə sərhəddə hərbi təlimlər başlayıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Dövlət qurumu adı ilə zəng edib pulları ələ keçirirlər – DİN-dən xəbərdarlıq

DİN-in yeni vəzifəsi müəyyənləşib

09 Sentyabr 2026 - 19:26
Fransa FİFA prezidentliyinə İnfantinonu dəstəkləməyəcək

Fransa FİFA prezidentliyinə İnfantinonu dəstəkləməyəcək

09 Sentyabr 2026 - 19:12
Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

09 Sentyabr 2026 - 19:04
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

09 Sentyabr 2026 - 18:52
Bakının bu yollarında sıxlıq var – SİYAHI/YENİLƏNDİ

Bakının bu yollarında sıxlıq var – SİYAHI/YENİLƏNDİ

09 Sentyabr 2026 - 18:44
Konqoda dəhşətli statistika: Ebola epidemiyasında ölüm faizi 48%-ə çatdı

Konqoda dəhşətli statistika: Ebola epidemiyasında ölüm faizi 48%-ə çatdı

09 Sentyabr 2026 - 18:32
Azərbaycanda kök hüceyrə köçürülməsinə başlanılır – Tibb müəssisələrinin rəsmi siyahısı yeniləndi

Azərbaycanda kök hüceyrə köçürülməsinə başlanılır – Tibb müəssisələrinin rəsmi siyahısı yeniləndi

09 Sentyabr 2026 - 18:27
“Mançester Yunayted”in baş məşqçisi: “Sabah”ın necə oynadığını bilirik”

“Mançester Yunayted”in baş məşqçisi: “Sabah”ın necə oynadığını bilirik”

09 Sentyabr 2026 - 18:13
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi

FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi

09 Sentyabr 2026 - 17:59
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək

Bakıda Mərakeş İrsi Günləri keçiriləcək

09 Sentyabr 2026 - 17:45
Merz Trampla danışıqdan imtina edib

Merz Trampla danışıqdan imtina edib

09 Sentyabr 2026 - 17:38
Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub

Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub

09 Sentyabr 2026 - 17:26
The Economist: Ukraynanın “Patriot” raket ehtiyatları tükənir

The Economist: Ukraynanın “Patriot” raket ehtiyatları tükənir

09 Sentyabr 2026 - 17:19
Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır – VİDEO

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır – VİDEO

09 Sentyabr 2026 - 17:10
Suraxanıda növbəti səyyar görüşlər keçirildi

Suraxanıda növbəti səyyar görüşlər keçirildi

09 Sentyabr 2026 - 16:57
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.