“ABŞ-ın dəstəklədiyi, Ukraynada müharibəyə son qoymaq üçün keçən həftə açıqlanan 28 bəndlik sülh planı oktyabr ayında Tramp administrasiyasına təqdim edilən Rusiya tərəfindən yazılmış sənədə əsaslanır”.
Elchi.az xəbər verir ki, bu barədə üç mənbə “Reuters”ə bildirib.
Mənbələrin bildirdiyinə görə, ruslar oktyabrın ortalarında ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında Vaşinqtonda keçirilən görüşdən sonra Moskvanın müharibəyə son qoymaq şərtlərini əks etdirən sənədi ABŞ-ın yüksək rütbəli rəsmiləri ilə bölüşüblər.
Sənəddə Rusiya hökumətinin əvvəllər danışıqlar masası arxasında irəli sürdüyü müddəalar, o cümlədən Ukraynanın imtina etdiyi güzəştlər, məsələn, şərqdəki ərazisinin əhəmiyyətli hissəsinin verilməsi kimi müddəalar var idi.
Yeganə





















