Rusiya prezidenti Vladimir Putin üç günlük dövlət səfəri üçün Qırğızıstana gedib.
Elchi.az xəbər verir ki, Rusiya liderinin respublikanın paytaxtı Bişkekə səfəri noyabrın 25-dən 27-nə kimi davam edəcək.
Səfər zamanı ikitərəfli əməkdaşlığın əsas məsələləri, o cümlədən ölkələr arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq. Tərəflər iqtisadi və təhlükəsizlik layihələrinə xüsusi diqqət ayırmaq niyyətindədirlər.
Məryəm





















