Yekun sülh planı Rusiyanın yenidən işğalını qeyri-mümkün etməlidir.
Elchi.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici Siyasət üzrə rəhbəri Kaya Kallas BBC Radio 4-də bu gün verilişində bildirib.
Kallasın sözlərinə görə: «Əgər biz bu məsələnin sonsuza qədər bitməsini istəyiriksə, Rusiyadan həqiqətən də güzəştlər tələb edilməlidir. Bir başqa ölkəyə sadəcə daxil olmaq və heç bir məsuliyyət daşımamaq olmaz».
Diplomatın fikrincə, belə bir yanaşma, Rusiyadan beynəlxalq razılaşmalara riayət etməsini və silahlı qüvvələrinin sayını azaltmasını tələb edəcək.
Rusiyanın «Böyük səkkizlik» ölkələrinə geri dönməsi ilə bağlı suala isə Kallas, bunun «tamamilə yolverilməz» olduğunu bildirib və əlavə edib: «Biz adi vəziyyətə qayıda bilmərik… bunu necə təsəvvür edə bilərsiniz?»
Məryəm





















