Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), ABŞ-ın təşkilatdan çıxması nəticəsində yaranan əhəmiyyətli büdcə kəsiri nəticəsində gələn ilin ortalarına qədər işçilərinin təxminən dörddə birini itirəcəyini açıqladı. Təşkilat 2000-dən çox işçisinin ixtisar ediləcəyini açıqladı.
Elchi.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası yanvar ayında vəzifəyə başladıqdan sonra ÜST-dən çıxdığını elan etdi. Vaşinqton ÜST-ün ən böyük donoru idi və ümumi büdcəsinin təxminən 18 faizini təmin edirdi. Bu qərardan sonra təşkilat fəaliyyətini azaltmaq və idarəetmə qrupunu yarıya endirmək məcburiyyətində qaldı.
Çərşənbə günü üzv dövlətlərə təqdim ediləcək hesabata görə, ÜST-ün işçilərinin sayı 2025-ci ilin yanvar ayında 9401 nəfərdən 2026-cı ilin iyun ayına qədər 2371 nəfərə düşəcək. Bu rəqəmə işdən çıxarılmalar, təqaüdə çıxmalar və könüllü ayrılmalar daxildir. ÜST sözçüsü ümumi işçi qüvvəsinin itkisinin 22 faizə qədər ola biləcəyini bildirdi.
“Ən çətin illərdən biri”
ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus öz heyətinə ünvanladığı mesajda bildirib ki, “Bu il ÜST tarixində ən çətin illərdən biri olub. Prioritetləşdirmə və yenidənqurma prosesi zamanı ağrılı, lakin zəruri qərarlar qəbul etdik və nəticədə qlobal işçi qüvvəmizin sayı əhəmiyyətli dərəcədə azalıb. İndi yenilənmiş və yenidən formalaşdırılmış bir təşkilatla səyahətimizi davam etdirməyə hazırlaşırıq.”
Şayəstə





















