"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

“5 + 1” formatında açar ölkə – Zəngəzur dəhlizi tezləşir?

18 Noyabr 2025 - 10:28
in GÜNDƏM
FacebookVatsap

Azərbaycan Prezidenti Daşkənddə mühüm mesajlar verdi – “Tramp yolu” ilə bağlı yeni gəlişmə

Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı. Səfər çərçivəsində o, Mərkəzi Asiya Dövlət Başçılarının “Mərkəzi Asiya + Azərbaycan” formatında 7-ci Məşvərət Görüşünün iclasında iştirak və çıxış edib. Bu, sayca üçüncü belə sammit idi. Həmçinin Özbəkistan Prezidenti Şövkət Mirziyayevin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinin tamhüquqlu üzvü qəbul edilib.

Bunu da oxuyun

Dağ-mədən və metallurgiyada böyük inkişaf hədəfləri

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

“Azərbaycan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlıq, o cümlədən birgə investisiya fondlarının yaradılması haqqında müqavilə və bəyannamələr imzalayıb. Mütəmadi olaraq keçirilən mədəniyyət günləri, sərgilər, konsertlər xalqlarımızı daha da yaxınlaşdırır, bizim yaxınlığımızı, dostluğumuza verdiyimiz dəyəri nümayiş etdirir”.

Bunu İlham Əliyev tədbirdə çıxışı zamanı bildirib.

Prezident qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur: “Biz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birimizin təşəbbüslərini dəstəkləyir, qlobal və regional problemlərin həllində ümumi yanaşmalar işləyib hazırlayırıq”.

Azərbaycan lideri həmçinin Orta dəhlizin inkişafının ölkələrimiz üçün strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.

“Nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması üzrə birgə səylər yükdaşımaların həcminin artırılması, iqtisadi dayanıqlılığın gücləndirilməsi və beynəlxalq bazarlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar açır. Son üç ildə Orta dəhliz üzrə Azərbaycandan keçən yükdaşımalar 90 faiz artıb. Dəhliz boyu gediş vaxtları xeyli azaldılıb”, – Prezident vurğulayıb.

Dövlət başçısı habelə əminlik ifadə edib ki, Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək: “Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək. Həmçinin Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomagistralın tikintisi də başa çatmaq üzrədir”.

Yada salaq ki, az öncə – noyabrın 6-da Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Mərkəzi Asiyanın 5 prezidenti arasında tarixi görüş olmuşdu.

Bu arada onu da bildirək ki, ABŞ dövlət katibinin müavini Elison Huker Ermənistana səfər edib. O, İrəvanda “Tramp yolu” və Ermənistan-Türkiyə münasibətlərini müzakirə edib.

İntensivləşən bu kimi görüş və sammitlər, Azərbaycanın Orta Asiya ölkələri ilə sıxlaşan əməkdaşlığı, o sırada Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinin tamhüquqlu üzvü olması nə vəd edir? Bu dövlətlərin Rusiyadan asılılığını nə dərəcədə azalda bilər? Zəngəzur dəhlizinin daha tez işə düşməsi mümkündürmü?

fikret.jpeg (167 KB)

Fikrət Yusifov 

Professor Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında Azərbaycan adına çox mühüm tarixi hadisələrin yaşandığını vurğuladı: “Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının “Mərkəzi Asiya + Azərbaycan” formatında 7-ci Məşvərət Görüşünün iclasında iştirakı ölkəmiz adına çox mühüm idi. Bu, Mərkəzi Asiya ölkələrinin sayca üçüncü sammiti idi. Görüşdə qərar verilib ki, Azərbaycan Mərkəzi Asiya Dövlət Başçıları Məsləhətləşmə formatına tam üzv kimi qoşulsun. Bu, Azərbaycan üçün strateji əhəmiyyət daşıyır və Mərkəzi Asiya ölkələri ilə iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığı dərinləşdirir.

Azərbaycanla yaxın dostluq və qardaşlıq münasibətində olan ölkələr sırasında Mərkəzi Asiya ölkələri xüsusi yer tutur. Bu gün sürətlə yenidən qurulan dünya nizamında Mərkəzi Asiya ölkələrinin yeri xüsusidir. Heç də təsadüfi deyil ki, böyük güclər artıq uzun zamandır bu regionda nüfuz sahibi olmaq uğrunda bir-biri ilə ciddi mübarizə aparırlar. Mərkəzi Asiya ölkələrində dünyanın ikinci nəhəngi, Azərbaycanın hərtərəfli strateji tərəfdaşı olan Çinin təsirləri böyükdür. Avropa Birliyi və onun aparıcı ölkələri son illər ərzində bu regionda əsaslanmaq üçün var gücləri ilə çalışırlar. ABŞ Prezidenti Donald Tramp isə bütün bunların fonunda bu ayın 6-da Mərkəzi Asiya ölkələrinin başçılarını Vaşinqtona dəvət edərək, onlarla G5+1 formatında, ABŞ-Orta Asiya birgə sammitinin keçirilməsinə nail oldu. Cənubi Qafqaza Zəngəzur dəhlizindən keçəcək Tramp yolu vasitəsilə daxil olan Amerika Birləşmiş Ştatları indi eyni uğurla Mərkəzi Asiyaya daxil olur”.

F.Yusifov hesab edir ki, Azərbaycanla strateji müttəfiqliyin bir addımlığında olan Birləşmiş Ştatların Mərkəzi Asiyaya bu şəkildə gəlməsi təsadüfi deyil: “ABŞ-nin Avroasiya siyasətində Cənubi Qafqaz, bu bölgədə yerləşən Azərbaycan və Xəzər dənizi xüsusi əhəmiyyət kəsb edir. Bütün bu dediklərimiz fonunda Azərbaycanla Mərkəzi Asiya ölkələrinin münasibətlərində yaranmış dərin və hərtərəfli əlaqələr qarşılıqlı faydanın əldə olunmasına xidmət edəcək. Mərkəzi Asiya ölkələri özlərinin Qərblə münasibətlərinin uğurlu davamına Azərbaycan müstəvisindən baxırlar. Bu ən doğru seçimdir. Çünki Şərqlə Qərbi birləşdirən ən sərfəli sayılan Orta yol məhz Azərbaycan üzərindən keçir. Bu isə sadəcə bir yol deyil. Dünya ticarətinin inkişafında, Mərkəzi Asiya ölkələrinin qərb dünyası ilə ticarət və iqtisadi əlaqələrinin inkişafında Orta yolun misilsiz rolu olacaq. Mərkəzi Asiya ölkələrinin Azərbaycanla bu qədər yaxınlaşdıran iqtisadi əsaslar bunlardan ibarətdir. Digər, bundan az əhəmiyyətli olmayan bir məsələ isə Türk dünyasının birliyinin yaranmasında Mərkəzi Asiya ölkələrinin xüsusi yerinin olmasıdır. Bu gün dünya nizamının dəyişdiyi və bu zaman gücün beynəlxalq hüquqdan daha kəsərli olduğu bir dönəmdə, Türk Birliyinə daxil olan ölkələrin bir arada olması onların təminatlı sabahı və sürətli inkişafı üçün mühüm şərtdir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Previous Post

DÇ-2026: Türkiyənin çətin İspaniya sınağı…

Next Post

Əməkdar artist Yadigar Muradovun vida və dəfn yeri BİLİNDİ

Bənzər yazılar

Dağ-mədən və metallurgiyada  böyük inkişaf hədəfləri

Dağ-mədən və metallurgiyada böyük inkişaf hədəfləri

23 Sentyabr 2026 - 17:06

İqtisadi qüdrətini möhkəmləndirən ölkəmiz inkişafın yeni mərhələsinə qədəm qoyur. Avropanın enerji təminatında böyük pay sahibi olan Azərbaycan regionda iqtisadi imkanlarını...

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

23 Sentyabr 2026 - 14:43

Azərbaycanlı və erməni ekspertlərin “Sülh körpüsü” təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. Elchi.az apa-ya istinadla xəbər...

“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

23 Sentyabr 2026 - 13:42

Ötən il “Formula 1” üzrə Azərbaycan Qran-prisi zamanı yarış günlərində 14 min xarici turist Bakıya gəlib. Elchi.az xəbər verir ki,...

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəisi Azərbaycandadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəisi Azərbaycandadır

22 Sentyabr 2026 - 18:13

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəisi Kristine Qriqoryan Azərbaycanda səfərdədir. Elchi.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Melaniya...

Next Post
Əməkdar artist Yadigar Muradovun vida və dəfn yeri BİLİNDİ

Əməkdar artist Yadigar Muradovun vida və dəfn yeri BİLİNDİ

FHN-in dəstəyi ilə AEBA tərəfindən ekspert missiyası keçirilib – VİDEO

FHN-in dəstəyi ilə AEBA tərəfindən ekspert missiyası keçirilib - VİDEO

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Kaşif Kozinoğlu işi”ndə saxlanılanların sayı artıb

“Kaşif Kozinoğlu işi”ndə saxlanılanların sayı artıb

23 Sentyabr 2026 - 22:55
Suriya Prezidenti İsraillə sülhün şərtini açıqlayıb

Suriya Prezidenti İsraillə sülhün şərtini açıqlayıb

23 Sentyabr 2026 - 22:52
Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək

Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək

23 Sentyabr 2026 - 22:50
Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər

Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər

23 Sentyabr 2026 - 22:05
Özbəkistanda Azərbaycan dili kursları fəaliyyətə başlayacaq

Özbəkistanda Azərbaycan dili kursları fəaliyyətə başlayacaq

23 Sentyabr 2026 - 22:04
Qazaxda açıq ərazidə yanğın baş verib

Qazaxda açıq ərazidə yanğın baş verib

23 Sentyabr 2026 - 22:03
Rusiyadan Ermənistana yeni təzyiq kartı – miqrantların geri qaytarılması ehtimalı…

Rusiyadan Ermənistana yeni təzyiq kartı – miqrantların geri qaytarılması ehtimalı…

23 Sentyabr 2026 - 20:33
Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

23 Sentyabr 2026 - 19:29
Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb

23 Sentyabr 2026 - 19:23
Səfir: Azərbaycanla Çin günəş və külək enerjisi sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq edir

Səfir: Azərbaycanla Çin günəş və külək enerjisi sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq edir

23 Sentyabr 2026 - 19:15
Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

23 Sentyabr 2026 - 19:05
Azərbaycan domenlərinə qarşı hücumlar oldu

Azərbaycan domenlərinə qarşı hücumlar oldu

23 Sentyabr 2026 - 18:57
Pezeşkian: İran nüvə enerjisi inkişaf etdirmək niyyətindədir

Pezeşkian: İran nüvə enerjisi inkişaf etdirmək niyyətindədir

23 Sentyabr 2026 - 18:50
Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

23 Sentyabr 2026 - 18:38
Qyökereş “Arsenal”dan ayrılmaq istəyir

Qyökereş “Arsenal”dan ayrılmaq istəyir

23 Sentyabr 2026 - 18:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.