Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiya paytaxtına səfər edib.
Elchi.az xəbər verir ki, bu barədə Hindistanın Rusiyadakı səfirliyindən məlumat verilib.
“Moskvaya gəldikdən sonra hörmətli xarici işlər naziri səfir və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentinin direktoru cənab Aleksey Pavlovski tərəfindən qəbul edilib”, – diplomatik missiyanın Telegram kanalında qeyd edilib.
Caişankarın bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da danışıqları planlaşdırılır. Nazirlər qarşıdan gələn siyasi təmasları müzakirə edəcək və əsas qlobal problemlər üzrə qeydləri müqayisə edəcəklər.
Məryəm





















