Avropa Komissiyası enerji içkiləri istehsalçısı Red Bull-a qarşı Avropa rəqabət qaydalarını pozduğu iddiası ilə araşdırmaya başlayıb.
Elchi.az xəbər verir ki, bu barədə AK mətbuat xidməti məlumat yayıb.
“Avropa Komissiyası Red Bull-un öz dominant mövqeyindən sui-istifadə edərək Aİ enerji içkiləri bazarında rəqabəti məhdudlaşdırıb-məhdudlaşdırdığını qiymətləndirmək üçün rəsmi araşdırmaya başlayıb”, – sənəddə qeyd olunur.
Bu təhqiqatın bir hissəsi olaraq şirkət qlobal illik dövriyyəsinin 10%-i həcmində cərimə ilə üzləşir.
Məryəm





















