"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

İstilik effekti yaradan qazların emissiyalarının azaldılması üzrə milli hədəf müəyyənləşib

12 Noyabr 2025 - 17:54
in CƏMİYYƏT
FacebookVatsap

Paris Sazişi çərçivəsində istilik effekti yaradan qazların emissiyalarının azaldılması üzrə milli hədəf və bu hədəfi ehtiva edən “Yenilənmiş, 3-cü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” sənədi təsdiq edilib.

Bunu da oxuyun

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Məktəb direktoru müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

Elchi.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, 1990-cı baza ili ilə müqayisədə 2035-ci ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 40 faiz azaldılmasını nəzərdə tutan milli hədəf və bu hədəfi ehtiva edən “Yenilənmiş, 3-cü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” (NDC 3.0) sənədi təsdiq edilib.

Təsdiq edilmiş milli hədəfə nail olunmasının maliyyə resurslarının artırılması – əlavə beynəlxalq maliyyə dəstəyi (güzəştli kreditlər, özəl sector investisiyası və s.), texnologiyanın mövcudluğu, texnologiyanın ötürülməsi, texnologiyanın inkişaf səviyyəsi, potensialın artırılması dəstəyinin əldə olunması, meşələrin və digər ekosistemlərin absorbsiyası şərtilə mümkünlüyü nəzərə alınmalıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi NDC 3.0 sənədini BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təqdim etməlidir.

İqtisadiyyat Nazirliyi təsdiq edilmiş milli hədəfə nail olunması məqsədilə energetika, neft-qaz, nəqliyyat, tullantıların idarə olunması, kənd təsərrüfatı, sənaye sektorları, həmçinin yaşayış və qeyri- yaşayış sahələri üzrə dekarbonizasiya tədbirlərinin dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar və digər sənədlərdə inteqrasiyasını aidiyyəti qurumlarla əlaqələndirməklə təmin etməlidir.

Energetika Nazirliyi enerji sektorunda, o cümlədən neft və qaz sənayesində istixana qazları emissiyalarının azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsini təmin etsin, bu sahədə bərpa olunan enerji mənbələrinin payının artırılması, enerji səmərəliliyinin yüksəldilməsi və karbon tutumlu texnologiyaların mərhələli şəkildə azaldılması ilə bağlı tədbirləri həyata keçirməlidir.

Maliyyə Nazirliyi NDC 3.0 sənədi ilə müəyyən edilmiş milli hədəfə nail olunması məqsədilə nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün müvafiq tədbirlər görməlidir.

Previous Post

Alimlər Yer üzərində auroral zonaların əmələ gəldiyini bildirdilər

Next Post

Ceyhun Bayramov Banqladeşin qeyri-rezident səfirini qəbul edib

Bənzər yazılar

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

23 Avqust 2026 - 16:58

Azərbaycanda sabah bəzi yerlərdə 40 dərəcə isti gözlənilir. Elchi.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd...

Məktəb direktoru müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Məktəb direktoru müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

23 Avqust 2026 - 12:40

Avqustun 24-də dövlət ümumi təhsil müəssisələrində direktor müavini vəzifələrinə işə qəbul üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılacaq. Bu barədə Elchi.az...

Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

23 Avqust 2026 - 00:28

Azərbaycan Ordusunun kapitanı, Vətən müharibəsi iştirakçısı Zahir Zakiroviç Fətəliyevin vəfatından bir il ötür. 1985-ci ildə Zığ qəsəbəsində anadan olan Zahir...

Kəlbəcər–Laçın avtomobil yolunda işlərin 50 faizdən çoxu icra olunub

Kəlbəcər–Laçın avtomobil yolunda işlərin 50 faizdən çoxu icra olunub

22 Avqust 2026 - 13:21

Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi üzrə işlərin 50%-dən çoxu icra olunub. Elchi.az  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir...

Next Post
Ceyhun Bayramov Banqladeşin qeyri-rezident səfirini qəbul edib

Ceyhun Bayramov Banqladeşin qeyri-rezident səfirini qəbul edib

XTQ mənsublarının xüsusi tibb hazırlığı kursunun açılışı olub

XTQ mənsublarının xüsusi tibb hazırlığı kursunun açılışı olub

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

FT: ABŞ Fars körfəzində hərbi kontingentini azaltmaq imkanını nəzərdən keçirir

FT: ABŞ Fars körfəzində hərbi kontingentini azaltmaq imkanını nəzərdən keçirir

23 Avqust 2026 - 17:06
Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər

Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər

23 Avqust 2026 - 17:03
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

23 Avqust 2026 - 16:58
Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib

Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib

23 Avqust 2026 - 16:57
Məktəb direktoru müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Məktəb direktoru müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

23 Avqust 2026 - 12:40
Sumqayıtda internat yataqxanasında yanğın olub, ana və oğlu tüstüdən zəhərlənib

Sumqayıtda internat yataqxanasında yanğın olub, ana və oğlu tüstüdən zəhərlənib

23 Avqust 2026 - 12:39
Çin bitkiləri qorumaq üçün süni intellektdən istifadə edəcək

Çin bitkiləri qorumaq üçün süni intellektdən istifadə edəcək

23 Avqust 2026 - 12:37
Bloomberg: Tramp iyunda birjada mindən çox əməliyyat həyata keçirib

Bloomberg: Tramp iyunda birjada mindən çox əməliyyat həyata keçirib

23 Avqust 2026 - 12:36
İran XİN Pakistan nümayəndə heyətinin Tehrana səfərinin tarixini açıqlayıb

İran XİN Pakistan nümayəndə heyətinin Tehrana səfərinin tarixini açıqlayıb

23 Avqust 2026 - 12:31
Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

23 Avqust 2026 - 00:28
Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

22 Avqust 2026 - 15:57
Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdəyeni mərhələ

Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdəyeni mərhələ

22 Avqust 2026 - 15:16
“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı

“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı

22 Avqust 2026 - 15:01
İşlədikləri şirkəti soyanlar saxlanıldı

İşlədikləri şirkəti soyanlar saxlanıldı

22 Avqust 2026 - 14:38
Xalq artisti Şükufə Yusupova ağır yol qəzasına düşüb, vəziyyəti açıqlandı

Xalq artisti Şükufə Yusupova ağır yol qəzasına düşüb, vəziyyəti açıqlandı

22 Avqust 2026 - 14:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.