Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun sözlərinə görə, Rusiya və ABŞ məhbus mübadiləsi ilə bağlı vaxtaşırı əlaqə saxlayır, lakin onlar hələlik heç bir konkret nəticə verməyib.
Elchi.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
“Bizim vaxtaşırı təmaslarımız var, lakin hələlik yeni tənzimləmə istiqamətində hərəkət yoxdur”, – deyə diplomat jurnalistlərlə söhbətində izah edib.
Ryabkov hansı məhbusları nəzərdə tutduğunu dəqiqləşdirməyib.
Bundan başqa, o, qeyd edib ki, Rusiya və ABŞ prezidentlərinin Alyaskadakı görüşündən sonra Ukrayna nizamlanması üçün yaranan təkan tamamilə yox olub.
Yeganə






















Həqiqətən maraqlı məlumatdır. Ümid edirəm ki, gələcəkdə müsbət nəticə olacaq. Belə əlaqələrin davam etməsi vacibdir. Təşəkkürlər bu xəbər üçün.
Çox maraqlı məlumatdır, əlaqə saxlamaq yaxşıdır, amma təəssüf ki, nəticə yoxdur. Ümid edirəm tezliklə bu məhbus məsələsi həll olunar. Bu cür xəbərlər insanlarda ümid yaradır.