I sinfə qeydiyyatı gecikən uşaqlar üçün 8 oktyabr 2025-ci il saat 15:00-dan 15 oktyabr 2025-ci il saat 18:00-a qədər boş qalan yerlərə məktəb və müəllim seçimi başlayacaq.
Bu barədə Elchi.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA)məlumat verilib.
Qeyd edilən tarixə qədər övladları üçün mektebeqebul.edu.az saytında sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq övladının ümumi təhsil müəssisəsinə qəbul prosesini yekunlaşdıra bilərlər.
Qeyd edək ki, cari tədris ili üzrə bu günə qədər I sinfə 130 mindən çox uşaq qəbul olunub.






















Elə elə bil bu il I sinifə gedəcək uşaqların yerləri açılıb. Çox yaxşı olub ki, gecikənlər də girə biləcək məktəbə. Qeydiyyat da rahatdı, elə kompyuterdən eləyərlər. Sag olsunlar bu işləri belə asanlaşdıranlardan.
Aaa, lap yaxşı xəbərdir bu. Hələ də uşağı məktəbə qoymayanlar üçün çox əlverişlidir. Hər il belə olur, axıra qalanlar olur. Ümid edirəm hamı yer tapa bilər. Təşəkkürlər bu məlumat üçün.