İspaniyanın paytaxtı Madridin mərkəzində binanın uçması nəticəsində 4 nəfər ölüb. İnsident şəhərin ən işlək bölgələrindən biri olan Calle de las Hilerasda Opera və Puerta del Sol arasında yerləşən binada baş verib.
Elchi.az xəbər verir ki, axtarış-xilasetmə işləri saat 02:00 radələrində başa çatıb və dağıntılar altında qalan 4 nəfərin cəsədi çıxarılıb.
Öldürülənlər arasında tikintiyə cavabdeh olduğu bildirilən Laura adlı qadın və üç fəhlə də var. İşçilərdən birinin Malili, digərlərinin isə Qvineya və Ekvador vətəndaşı olduğu müəyyən edilib. Hadisə zamanı iki işçi zirzəmidəki tualetlərdə, bir işçi isə binanın yuxarı mərtəbəsində olub.
Səlahiyyətlilər binanın altı mərtəbədən ibarət olduğunu və bir hissəsinin sökülməkdə olduğunu bildirdi. Bildirilib ki, binada mehmanxanaya çevrilmək üçün təmir işləri gedir.
Qəzadan yaralı sağ çıxan 3 işçi xəstəxanaya çatdırılıb. Xəsarət alanlardan birinə ayağının sınığı, digərlərinə isə müxtəlif dərəcəli bədən xəsarətləri və əzilmiş xəsarətlər yetirilib.
Polis Məhkəmə Ekspertizası Bölməsi hadisənin iş yeri qəzası kimi qiymətləndirildiyini və binanın konstruksiyasının çökməsinin səbəbinin araşdırıldığını açıqlayıb.
Şayəstə Hüseynova





















