Qəzzada ölənlərin sayı 20179-u uşaq olmaqla 67 173 nəfərə çatıb.
Elchi.az xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyi yazılı açıqlama yayaraq, İsrailin Qəzza zolağına 2023-cü ilin oktyabr ayından bu yana davam edən hücumlarının artıq iki il olduğunu xatırladıb.
Qəzza zolağında qalan səhiyyə sistemini xilas etmək üçün beynəlxalq səhiyyə təşkilatlarını təcili müdaxiləyə çağıran bəyanatda, “Qəzzada baş verənlər böhran deyil, daha çox insan varlığının əsas sütunu olan səhiyyə sisteminə 730 günlük şiddətli hücumlar dövrüdür” ifadəsi işlədilib.
Bəyanatda İsrailin Qəzza zolağının səhiyyə sisteminə qarşı soyqırım törətdiyi vurğulanıb və İsrailin dolayı hücumları nəticəsində Qəzzanın xəstəxanalarının içi boş beton bloklara çevrildiyi vurğulanıb.
Açıqlamada qeyd olunub ki, İsrail ordusunun 2023-cü il oktyabrın 8-dən etibarən Qəzza zolağında həyata keçirdiyi soyqırım nəticəsində ölənlərin sayı 67 min 173-ə çatıb. Onların 20179-u uşaq, 10427-si qadın, 4813-ü qocadır.
Yeganə





















