“Bu ilk yaşım deyil ki… 59 ildir ki, ad günümü qeyd edirəm. 60-ın bir addımındayam”.
Bunu AzNews.az-a açıqlamasında Xalq artisti Fəxrəddin Manafov deyib. Heç kimdən heç nə gözləmədiyini bildirən sənətkar bu əziz günündə bir arzusunu dilə gətirdi: “Allahdan bircə arzum var, can sağlığı, əmin-amanlıq və müharibə olmasın. Əsas budur. İnsanın canı sağdırsa, hər şeyə qadirdir”.
Qeyd edək ki, Fəxrəddin Manafov 2 avqust 1955-ci ildə Xankəndidə anadan olub. 1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib. 1989-1993-cü illərdə “Yuğ” Dövlət teatrında aktyor işləyib. 1978-ci ildən bu günədək Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında aktyor kimi filmlərə çəkilir.
1987-ci ildə Azərbaycanın Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülub.
Bahar Rüstəmli
AzNews.az
Ölkəmizdə Tacikistan Mədəniyyəti Günləri başlayır
Azərbaycan ilə Tacikistan arasında əlaqələrin köklü tarixi var və iki ölkənin münasibətlərində mədəni əməkdaşlıq əhəmiyyətli mövqeyə malikdir. Müxtəlif illərdə qarşılıqlı...