İsrail qüvvələri tərəfindən beynəlxalq sularda ələ keçirilən Qlobal Sumud Donanması gəmilərindəki Türkiyə vətəndaşlarından 36 nəfəri bu gün xüsusi təyyarə reysi ilə vətənlərinə gətiriləcək.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat verib.
Keçeli qeyd edib ki, XİN İsrailin beynəlxalq sularda ələ keçirdiyi bu gəmilərdə yer alan ölkə vətəndaşlarının taleyini yaxından izləyir və Türkiyə vətəndaşlarının təhlükəsiz şəkildə geri qaytarılması üçün diplomatik səyləri davam etdirir.
“Hazırda vətəndaşlarımızın dəqiq sayının müəyyənləşdirilməsi üzərində işlər davam edir. Digər vətəndaşların da ən qısa zamanda ölkəyə qayıtması üçün lazımi prosedurlar yerinə yetirilir”, – Keçeli bildirib.






















Bu xəbər çox sevindirici oldu, nəhayət ki, soydaşlarımız evlərinə qayıdır. Xaricdə belə çətin vəziyyətdə qalan vətəndaşlarımıza dövlətimizin kömək etməsi çox böyük qürurdur. İnşallah, hamısı salamat-salamat evlərinə çatsınlar. Bu cür məsələlərdə dövlətimizin diqqətli olması bizləri də rahatladır.
Çox sevindirici xəbərdi. Nəhayət ki, soydaşlarımız evlərinə dönür. Xarici İşlər Nazirliyi bu məsələdə əlinə suvanıb. Allah onlara kömək olsun.