Minskdə Azərbaycan Baş naziri Əli Əsədov və Belarus Baş naziri Aleksandr Turçin arasında danışıqlar aparılıb.
Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edib və iki ölkənin prezidentlərinin birgə səyləri nəticəsində qarşılıqlı faydalı tərəfdaşlığın dinamik inkişafını vurğulayıblar.
Onlar iqtisadi-ticari və investisiya qarşılıqlı fəaliyyəti, sənaye kooperasiyası, o cümlədən kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Azərbaycan və Belarus dövlət başçılarının tapşırıqlarının icrasına xüsusi diqqət yetirilib, əldə olunmuş razılaşmalar çərçivəsində hazırlanmış bir sıra layihələrin həyata keçirilməsinin gedişi yüksək qiymətləndirilib.






















Bu məlumatlar çox xoşuma gəldi. Minskdə baş tutan bu görüşlər, əlbəttə ki, bizim üçün də önəmlidir. Əməkdaşlığın bu cür inkişaf etməsi sevindiricidir. Ümid edək ki, gələcəkdə daha çox müsbət nəticələr görərik.
Əla xəbərdir, bu iki ölkənin əlaqələrinin daha da güclənməsi sevindirici haldır. Baş nazirlərin görüşməsi hər zaman faydalı olur. Ümid edək ki, bu danışıqlar nəticəsində yeni layihələr də həyata keçəcək.
Bu xəbər çox sevindirici, Minskdə belə önemli görüşün olması əla. Əvvəlki şərhlə də razıyam, əlaqələrin güclənməsi çox vacibdir. Gələcəkdə daha çox belə uğurlu danışıqlar olacagına inanıram.