"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Əsədov mühüm iclasda: Xəzərin dayazlaşması…

30 Sentyabr 2025 - 16:38
in SİYASƏT
FacebookVatsap

Minskə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak edib.
Elchi.az xəbər verir ki, bu barədə Elchi.az-a Nazirlər Kabinetindən məlumat verilib.
İclasda çıxış edən Baş nazir Ə.Əsədov iqtisadi-ticari əməkdaşlığı Azərbaycanın Aİİ üzv ölkələri ilə əlaqələrinin fundamental vektoru kimi dəyərləndirib. O qeyd edib ki, 2025-ci ilin ilk səkkiz ayında Azərbaycanın Aİİ üzv ölkələri ilə ticarət dövriyyəsi 22%-dən çox artıb.
Baş nazir investisiya qarşılıqlı fəaliyyətinin müsbət dinamikasını qeyd edib.
“Aİİ üzv ölkələrindən olan tərəfdaşlarımızın biznesləri Azərbaycan iqtisadiyyatının bir çox sahələrində geniş şəkildə təmsil olunur”, – deyə o vurğulayıb.
Baş nazir əlavə edib ki, buna ölkədəki etibarlı və şəffaf investisiya mühiti kömək edir.
O, həmçinin bildirib ki, Azərbaycan investorları Aİİ üzv dövlətlərində sənayenin geniş spektrini əhatə edən və onların iqtisadiyyatlarının inkişafına töhfə verən layihələri fəal şəkildə həyata keçirirlər.
Baş nazir əsas iqtisadi sektorlara qarşılıqlı sərmayə axınını təmin etmək üçün Azərbaycanın Aİİ üzvü olan bir neçə tərəfdaşla yaratdığı birgə investisiya fondlarının fəaliyyətinə toxunub:

Bunu da oxuyun

Latviya Rusiyaya etiraz notası təqdim edib

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

İqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilib

“Bu təşəbbüs artıq öz effektivliyini sübut edib və əməkdaşlıq üçün yeni üfüqlər açır”.

Nəqliyyat-tranzit sektorunda əməkdaşlığa toxunan Ə.Əsədov bildirib ki, bu, qarşılıqlı ticarətin, investisiyaların artırılması, yeni iqtisadi imkanların inkişafı üçün mühüm potensiala malik olduğu üçün gündəlikdə xüsusi yer tutur.

“Avropa və Asiyanın kəsişməsində yerləşən və müasir infrastruktura malik Azərbaycan region ölkələri və tərəfdaşlarımız üçün yeni imkanlar yaradan etibarlı nəqliyyat və logistika habına çevrilib”, – deyə o qeyd edib.

Nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində Azərbaycanın sistemli səyləri barədə danışan Baş nazir Bakı-Tiflis-Qars dəmir yolunun ötürücülük qabiliyyətinin artırılmasını və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsinin ikinci mərhələsinə start verildiyini diqqətə çatdırıb.

Ə.Əsədov Orta Dəhlizin əhəmiyyətini də vurğulayıb. O qeyd edib:

“Son üç ildə bu dəhliz üzrə Azərbaycan ərazisindən keçən yükdaşımaların həcmi demək olar ki, 90% artıb ki, bu da onun artan səmərəliliyinin və daha çox tələbat olmasının inandırıcı sübutudur”.

Baş nazir bu kontekstdə Azərbaycanın əsas ərazisini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün əldə olunan razılaşmaların tarixi əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, bu sazişlər tranzit marşrutlarının genişləndirilməsi, Azərbaycanın regional və qlobal logistikada rolunun gücləndirilməsi üçün yeni şərait yaradır.

Azərbaycan hökumətinin başçısı yeni dəhlizinin Şimal-Cənub dəhlizi ilə yanaşı, Orta Dəhlizin də mühüm seqmentinə çevriləcəyinə əminliyini ifadə edib.

Xəzəryanı beş dövlətin hamısının, o cümlədən İran nümayəndələrinin iclasda iştirak etdiyini nəzərə alaraq, Ə.Əsədov Xəzər dənizinin dayazlaşması məsələsinə də diqqət çəkib.

“Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə BMT kürsüsündə bu məsələnin vacibliyini bir daha vurğuladı. Təəssüf ki, Xəzər dənizinin ekoloji vəziyyəti sürətlə pisləşir. Xəzər regionunda potensial ekoloji fəlakətin qarşısının alınması Xəzəryanı ölkələrin təcili birgə səylərini tələb edir. Azərbaycan əvvəllər əldə edilmiş razılaşmalara sadiq qalaraq, bu problemin birgə həlli yollarını tapmaq üçün əməkdaşlığı gücləndirməyə hazırdır”, – deyə Baş nazir bildirib.

Baş nazir, həmçinin Aİİ çərçivəsində başlanan antidempinq təhqiqatlarını qeyd edib. O, Azərbaycan mənşəli mallara – daha dəqiq desək, polietilen, polipropilen və propilen sopolimerlərə münasibətdə təhqiqatları, habelə alüminium lentləri ilə bağlı təkrar təhqiqatı xatırladıb.

Əli Əsədov qeyd edib ki, qeyd olunan mallara antidempinq tədbirləri tətbiq edilərsə, Azərbaycanın Aİİ-yə ixracının ümumi həcmi əhəmiyyətli dərəcədə azala bilər;

Bu prosesdə iştirak edən Azərbaycan şirkətləri əməkdaşlığa açıqdır. Ümid edirik ki, araşdırmalar mümkün qədər real faktlara əsaslanacaq və nəticə Azərbaycanın Aİİ ölkələri ilə həm çoxtərəfli, həm də ikitərəfli səviyyədə ticarət əməkdaşlığına heç bir real ziyan vurmayacaq.

Previous Post

Trampın Qəzza planı ilə bağlı Rusiyanın ilk açıqlaması

Next Post

Oktyabrın havası: Yağış, külək…

Bənzər yazılar

Latviya Rusiyaya etiraz notası təqdim edib

Latviya Rusiyaya etiraz notası təqdim edib

24 İyul 2026 - 21:55

Latviya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini çağırıb. Elchi.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Latviyanın xarici...

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

24 İyul 2026 - 21:54

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə telefon danışığı aparıb. Elchi.az xəbər verir ki,...

İqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilib

İqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilib

24 İyul 2026 - 19:14

22-23 iyul tarixlərində Şamaxı şəhərində Azərbaycanın təşkilatçılığı və ev sahibliyi, eləcə də COP31-ə sədrlik edən Türkiyə və Avstraliya ilə əməkdaşlıq...

PA Vətəndaş Qəbulu Mərkəzində avqust ayında vətəndaşların qəbulu CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzində avqust ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 İyul 2026 - 18:52

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2026-cı ilin avqust ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. Elchi.az qəbul cədvəlini təqdim edir: Qəbulu aparan...

Next Post
Oktyabrın havası: Yağış, külək…

Oktyabrın havası: Yağış, külək...

Prezident Anar İsmayılova general rütbəsi verdi

Prezident Anar İsmayılova general rütbəsi verdi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

26 İyul 2026 - 15:49
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

26 İyul 2026 - 15:46
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

26 İyul 2026 - 15:44
Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib

Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib

26 İyul 2026 - 15:41
Şəkidə avtomobilin vurduğu piyadalardan biri ölüb

Şəkidə avtomobilin vurduğu piyadalardan biri ölüb

26 İyul 2026 - 11:13
Coratda 26 yaşlı gənc dənizdə boğulub

Coratda 26 yaşlı gənc dənizdə boğulub

26 İyul 2026 - 11:11
Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

26 İyul 2026 - 11:09
FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

26 İyul 2026 - 11:06
Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

25 İyul 2026 - 19:15
Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

25 İyul 2026 - 18:54
Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

25 İyul 2026 - 18:50
Putin Tokayevlə görüşüb

Putin Tokayevlə görüşüb

25 İyul 2026 - 18:17
Təyyarə evin damına çırpıldı: ölən var – Video

Təyyarə evin damına çırpıldı: ölən var – Video

25 İyul 2026 - 17:57
Ağdamın daha 2 kəndində yanğın başladı

Ağdamın daha 2 kəndində yanğın başladı

25 İyul 2026 - 17:45
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

25 İyul 2026 - 17:31
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.