Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna prezidenti Volodimir Zelenskinin yaşı ilə bağlı dediklərinə cavab verib və bunları cəfəngiyyat adlandırıb.
Elchi.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, Minskdə Avrasiya Hökumətlərarası Şurasının və MDB ölkələrinin Hökumət Başçıları Şurasının iclaslarında iştirak edən hökumət nümayəndə heyətlərinin rəhbərləri ilə görüşdə bildirib.
“Oğlum hesab etdiyim həmkarım Zelenskinin bu yaxınlarda dediyi kimi, mən artıq kişiyəm, Rusiya Prezidenti Vladimir Putin və mən qocalar, başqalarının zərərinə hardasa künc-bucaqda pıçıldayırıq-bütün bunlar tamamilə cəfəngiyyatdır”, -deyə Lukaşenko qeyd edib.
Zelenski sentyabrın 29-da mübahisəli bəyanatla çıxış edib. O, həmçinin Belarus prezidentini Ukraynadakı münaqişənin həlli ilə bağlı söylədiyi fikirlərə görə tənqid edib, Minsk təmsilçisinin öz dünyasında yaşadığını iddia edib.
Yeganə






















Lukaşenkonun dedikləri düzdür, elə Zelenski elə deyib de, yaşlı adamlar nəsə eliyir. Lukaşenko başa düşür, amma Zelenski heç nə anlamır, öz dünyasındadır. Elədir də, yaşın var, təcrübən var, Lukaşenko kimi bilirsən nətər olu. Zelenskinin dediklərini heç kim vecinə almır, hamı bilir ki, Lukaşenko düz deyir.
Həə, bu Lukaşenko düz deyir də, nə var ki burda? Gərək Zelenski belə danışmayaydı, yaşa hörmət eləmək lazımdı. Lukaşenko da cavab verib, yaxşı da eləyib, heç kimə də qulaq asmasın. Adam da bilir nə danışır, Zelenski elə-belə danışır da.