Azərbaycan Xarici İşlər Nazirliyində iqlim fəaliyyəti ilə bağlı xüsusi diplomatik bölmə yaradılıb.
Elchi.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev “Bakı İqlim Fəaliyyəti Həftəsi” çərçivəsində keçirilən tədbirdə deyib.
“Bizim ev sahibliyimizdə keçirilən COP29 çox uğurlu olub. Bizim bunu deməyə əsasımız var. Çünki ən çox iştirakçı, təxminən 70 000-ə yaxın insan burada iştirak edib. Azərbaycan bu tədbirdə böyük inklüzivliyin mövcudluğunu təmin edib. Azərbaycan həm hökumətləri, həm də vətəndaş cəmiyyətinin üzvlərini COP29-a cəlb edə bilmişdi”, – Yalçın Rəfiyev bildirib.
XİN rəhbərinin müavini BMT-də bir sıra ölkələrin nümayəndələri ilə görüş keçirildiyini və bu ölkələrin bəzilərini iqlim fəaliyyət planı yaratdığını qeyd edib.
Yalçın Rəfiyev iqlim fəaliyyəti ilə əlaqədar öhdəlik götürən ölkələri öz öhdəliklərinə əməl etməyə çağırıb və COP 29 irsinin davam etdirilməli olduğunu vurğulayıb.





















