27 sentyabr – Anım Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Bu barədə Elchi.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin rəhbərliyinin və kollektivinin iştirakı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil olunub, yerli torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib. Daha sonra Zəfər parkı ziyarət edilib, Zəfər abidəsinin önünə gül dəstələri qoyulub, şəhidlərin xatirəsi dərin ehtiramla yad edilib. Anım günü çərçivəsində Nazirlikdə şəhidlərin xatirəsinə həsr olunmuş tədbirdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad olunub, onların göstərdiyi şücaətin Azərbaycan xalqı üçün əbədi qürur mənbəyi olduğu vurğulanıb.






















Bu tədbirlər çox gözəldir. Şəhidlərimizin xatirəsinə ağac əkmək əla fikirdir. Onların qəhrəmanlığı heç vaxt unudulmayacaq.
Əəə, bu nazirlikdə də əla işlər görürlər! Şəhidlərimizin xatirəsinə ağac əkmək necə də gözəl fikirdir. Mən də istərdim gedim orda bir dənə də Eldar şamı əkim, beləcə də Vətənimizi yaşıl basaq eliyək. İnşallah tezliklə bütün torpaqlarımız belə güllənər-çiçəklənər.
Bu tədbirlər çox əhəmiyyətlidir. Şəhidlərimizin xatirəsini yaşatmaq üçün belə aksiyalar keçirilməsi vacibdir. Müşfiqabaddakı ağacəkmə aksiyası və Zəfər parkının ziyarəti şəhidlərimizə hörmətin göstəricisidir. ETSN-in bu cür fəaliyyətləri təqdirəlayiqdir.
Bu tədbirlər çox əhəmiyyətlidir. Şəhidlərimizin xatirəsini yaşatmaq üçün belə aksiyalar keçirilməsi vacibdir. Müşfiqabaddakı ağacəkmə aksiyası və Zəfər parkının ziyarəti şəhidlərimizə hörmətin göstəricisidi. ETSN-in bu cür fəaliyyətləri təqdirəlayiqdir.
Çox gözəl tədbirdi ETSN kollektivi. Şəhidlərimizi xatırlamaq hər birimizin borcudur. Ağac əkmək və park ziyarəti də çox möhtəşəm bir fikirdir. Bu cür tədbirlər davam etsin!