"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Ombudsman Anım Günü ilə bağlı bəyanat yayıb

27 Sentyabr 2025 - 09:31
in GÜNDƏM
FacebookVatsap

Ombudsman 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb.
Elchi.az xəbər verir ki, bəyanatda deyilir:
“Azərbaycan BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə əsasən, özünümüdafiə hüququndan istifadə edərək mülki əhalinin yaşamaq hüququnun təmini, otuz ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın azad edilməsi məqsədilə əks-hücum əməliyyatlarına başlayıb, nəticədə mötəbər beynəlxalq təşkilatların uzun illər kağız üzərində qalmış qərar və qətnamələrinin icrası təmin olunmaqla bərabər, bir milyondan artıq qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş hüquqları bərpa edilib”.
“44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozaraq mülki əhalinin sıx məskunlaşdığı və döyüş əməliyyatları aparılan ərazidən kifayət qədər uzaqlıqda yerləşən ölkənin ən böyük şəhərlərindən birini, rayon mərkəzlərini və digər yaşayış məntəqələrini uzaqmənzilli əməliyyat-taktiki və ballistik raket qurğularından atəşə tutub”, – deyə bəyanatda bildirilib.
“Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının, o cümlədən “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il tarixli Cenevrə Konvensiyalarının və onun Əlavə Protokollarının tələblərinə zidd olaraq qəsdən törədilmiş müharibə cinayətləri nəticəsində 100-ə yaxın dinc mülki sakin, o cümlədən 12 uşaq qətlə yetirilib, 450-dən çox mülki şəxs yaralanıb. Bundan əlavə, Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən 3410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası ağır artilleriya atəşinə məruz qalaraq dağıdılmış və ya qəzalı vəziyyətə düşüb.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq bir daha vurğulamaq istərdim ki, işğal və müharibə dövrlərində pozulmuş insan hüquq və azadlıqlarının bərpası, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənmə prosesinin sürətləndirilməsi məqsədilə dəqiq mina xəritələrinin təqdim olunması, habelə keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətlə geri qayıdışı kimi beynəlxalq hüquqa əsaslanan fundamental məsələlərin təmin edilməsi olduqca vacibdir.
Bu baxımdan beynəlxalq təşkilatların, dünya dövlətlərinin, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarının beynəlxalq hüquq normalarının təmini, müharibə cinayətləri törədənlərin cəzalandırılması, pozulmuş insan hüquqlarının bərpası, dayanıqlı inkişafın və daimi sülhün bərqərar edilməsi istiqamətində birgə təşəbbüs göstərmələri xüsusi önəm kəsb edir.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması, mülki əhalinin yaşamaq hüququnun müdafiəsi və keçmiş məcburi köçkünlərin uzun illər ərzində kobud şəkildə pozulmuş hüquq və azadlıqlarının bərpası uğrunda həyatlarını itirmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, ölkəmizə, regiona və dünyaya sülh arzu edirəm”, – bəyanatda vurğulanıb.

Bunu da oxuyun

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Prezident MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

Bakıda NATO-nun təlim kursu keçirilir

 

Previous Post

Bakının bu ərazisində güclü yanğın başladı

Next Post

Müdafiə nazirliyi Anım Günü ilə bağlı videoçarx hazırlayıb

Bənzər yazılar

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

09 Oktyabr 2026 - 15:16

Xəzərin ən ciddi problemlərindən biri onun dayazlaşmasıdır. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir ki, davam edir. Təəssüf ki,...

Prezident MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

Prezident MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

09 Oktyabr 2026 - 13:34

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən digər dövlət və hökumət başçıları...

Bakıda NATO-nun təlim kursu keçirilir

Bakıda NATO-nun təlim kursu keçirilir

09 Oktyabr 2026 - 12:13

Bakıda Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci...

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq – Paşinyan

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq – Paşinyan

08 Oktyabr 2026 - 15:53

Əgər Azərbaycan əsgəri atəş açmasaydı, biz onu həmin gün geri qaytarardıq. Elchi.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol...

Next Post
Müdafiə nazirliyi Anım Günü ilə bağlı videoçarx hazırlayıb

Müdafiə nazirliyi Anım Günü ilə bağlı videoçarx hazırlayıb

Bayramovdan sülhlə bağlı açıqlama

Bayramovdan sülhlə bağlı açıqlama

Comments 7

  1. Kamal Səmədov says:
    1 il ago

    Ombudsman tərəfindən 27 Sentyabr – Anım Günü ilə bağlı verilən bəyanat olduqca əhəmiyyətlidir. Bəyanatda qeyd olunduğu kimi, Azərbaycanın apardığı əks-hücum əməliyyatları nəticəsində işğal altında qalmış torpaqlar azad edilib. Bu, beynəlxalq hüququn tələblərinə uyğun olaraq həyata keçirilmiş bir addım idi. Ombudsmanın sənədləşdirdiyi məlumatlar, Ermənistanın hərbi cinayətlərini və mülki əhalinin hüquqlarının pozulmasını bir daha ortaya qoyur.

    Reply
  2. Nəzrin Ağayeva says:
    1 il ago

    Ombudsmanın yaydığı bəyanatla tam razıyam. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün apardığı haqq mübarizəsi təqdirəlayiqdir. Bu bəyanat, müharibə zamanı dinc sakinlərin başına gələn faciələri bir daha göz önünə gətirir. Ümid edək ki, belə hadisələr bir daha təkrarlanmayacaq.

    Reply
  3. Tunar Əzizov says:
    1 il ago

    Ombudsmanın bəyanatını oxudum və çox razı qaldım. Əslində, bu mövzuya necə də dərin toxunublar, heyran oldum. Elə bil ki, hər kəsin ürəyində olanı kağız üzərinə köçürüblər. Ombudsmanın ədalət tələbi, Vətən müharibəsi qəhrəmanlarımızın şücaəti və sonu gözəl bitən bu hadisə, hamısı möhtəşəmdir.

    Reply
  4. Qurban Qasımov says:
    1 il ago

    Ombudsmanın 27 Sentyabr – Anım Günü ilə bağlı yaydığı bəyanat çox təsirlidir. Bəyanatda vurğulandığı kimi, Azərbaycanın BMT Nizamnaməsinə uyğun olaraq apardığı əks-hücum əməliyyatları nəticəsində işğal altındakı torpaqlarımız azad edildi. Bu, uzun illərdir pozulan hüquqların bərpası yolunda atılmış mühüm bir addımdır. Ombudsmanın beynəlxalq humanitar hüququn pozulmasına diqqət çəkməsi də yerindədir.

    Reply
  5. Araz Xəlilov says:
    1 il ago

    Bu bəyanat çox vacibdir, çünki Ombudsmanın hüquq pozuntularını qeyd etməsi gələcək üçün bir xəbərdarlıqdır. Dinc əhalinin qəsdən hədəf alınması qəbulolunmazdır və beynəlxalq hüquq normalarına uyğun gəlmir. Həlak olanların və zərər çəkənlərin xatirəsi unudulmamalıdır. Ümid edirəm ki, bu cür hadisələr bir daha təkrarlanmaz.

    Reply
  6. Ramin Zeynalov says:
    1 il ago

    Ombudsmanın bəyanatını oxudum, çox təsirli idi. Vətən müharibəsində baş verənlər həqiqətən də dəhşətli idi. Bu gün də azadlığımız üçün canından keçən şəhidlərimizi unutmamalıyıq. Allah rəhmət eləsin!

    Reply
  7. Orxan Ələkbərov says:
    1 il ago

    Ombudsmanın bəyanatı çox vacib məsələlərə diqqət çəkir. Mülki əhalinin, xüsusilə uşaqların qətlə yetirilməsi, yaşayış yerlərinin dağıdılması insanlıq üçün böyük faciədir. Bu cür cinayətlərin beynəlxalq məhkəmələrdə araşdırılması və təqsirlilərin cəzalandırılması tələb olunur.

    Reply

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.