Laos Xalq Demokratik Respublikası Ali Xalq Prokurorluğunun Baş Prokuroru Saysana Kotputanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.
Bu barədə Elchi.az – a Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.
Səfər çərçivəsində nümayəndə heyəti Baş prokurorun birinci müavini Elçin Məmmədovun müşayiəti ilə Şamaxı şəhərinə səfər edib.
Qonaqlar Şamaxıda Şamaxı Cümə Məscidi, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasını ziyarət ediblər.
Nümayəndə heyəti həmçinin Nəsimi – Şeir, Mənəviyyat və İncəsənət Festivalında iştirak edərək ölkəmizin zəngin mədəni irsi və incəsənət ənənələri ilə yaxından tanış olub, “Meysəri” şərab zavoduna isə baş çəkərək istehsal prosesi və yerli iqtisadi uğurlar barədə məlumat alıblar.
Səfər zamanı qonaqlara Azərbaycanın müasir infrastruktur layihələri, mədəni irsin qorunması sahəsində həyata keçirilən tədbirlər və iqtisadi nailiyyətlər barədə ətraflı məlumat verilib. Nümayəndə heyəti səfərin onlarda dərin və xoş təəssürat yaratdığını vurğulayıb.
Azərbaycan ilə Laos arasında hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı layihələrin həyata keçirilməsi perspektivləri səfər çərçivəsində diqqət mərkəzində olub.






















Çox maraqlı məqalə idi, Laosdan gələn nümayəndə heyətinin Şamaxıdakı səfəri haqqında məlumatlar çox faydalı oldu. Belə beynəlxalq əlaqələrin inkişafı hər zaman sevindirici haldır. Gələcəkdə də bu cür əməkdaşlıqların davam etməsini arzu edirəm. Azərbaycanın təbii gözəlliklərini və mədəniyyətini görməkləri çox gözəldir.
Bu xəbər məni çox sevindirdi. Laos nümayəndə heyətinin Azərbaycana səfəri, ölkələrimiz arasında dostluq və əməkdaşlığın daha da güclənməsinə xidmət edir. Şamaxının tarixi və mədəni yerlərini ziyarət etmələri, həmçinin yerli iqtisadiyyət haqqında məlumat almalarından məmnun qaldım. Bu cür səfərlər ölkələrimizin bir-birini daha yaxından tanıması üçün çox vacibdir.
Bu xəbər çox xoşuma gəldi, doğrudan da qardaş ölkəyə səfər etmələri bizi sevindirdi. Şamaxı kimi gözəl bir şəhərdə olmaları, mədəniyyətimizlə tanış olmaları təqdirəlayiqdir. Belə görüşlərin hər iki ölkə üçün faydalı olacağına şübhə yoxdur. Ümid edək ki, bu cür əməkdaşlıq daha da artacaq.