Xarici İşlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ABŞ Dövlət katibi Marko Rubio tərəfindən təşkil olunan tədbirdə iştirak edib.
Elchi.az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edib.
“Azərbaycanın bu mühüm tədbirdə iştirakı ölkəmizin əməkdaşlığın inkişafına, regional sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə sadiqliyini və etibarlı tərəfdaş kimi tanınmasını əks etdirir”, – paylaşımda deyilir.






















Bu çox maraqlı bir xəbərdi. Ceyhun Bayramovun belə bir tədbirdə iştirakı Azərbaycana böyük nüfuz qazandırır. Bu, bizim ölkəmizin beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirəcək. Xaricdə də tanınmağımız sevindiricidir.
Bu tədbirə Azərbaycanın da qatılması yaxşı haldı. Bəs bu iştirakdan sonra Azərbaycana necə təsir edəcək? Maraqlıdı görəsən bu mövzularda nə danışılıb. Ümid edək ki, bu, bizim ölkəmiz üçün də faydalı olar.