"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Qəbul imtahanının 2-ci mərhələsi üçün proqramlar açıqlandı

24 Sentyabr 2025 - 17:23
in CƏMİYYƏT
FacebookVatsap

Gələn il universitetlərə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlar açıqlanıb.

Bunu da oxuyun

Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib

Meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət…

Nazirlik gözlənilən isti, quraq və küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Elchi.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

2026-cı ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlarla (Azərbaycan və rus dillərində) aşağıda qeyd olunan keçidlərdən istifadə etməklə tanış ola bilərsiniz.

1. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar (Azərbaycan bölməsi)

2. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar (Rus bölməsi)

Qeyd 1. Qəbul imtahanlarında ötənilki imtahan modeli tətbiq olunacaq. Test bloklarına 22 qapalı tipli, 5 açıq (cavabı kodlaşdırıla bilən) tipli, həmçinin I ixtisas qrupu üzrə cavabı yazı ilə ifadə edilən 3 müstəqil tapşırıq, II, III və IV ixtisas qruplarında isə cavabı yazı ilə ifadə olunan 3 tapşırıqlı mətn, situasiya və mənbə daxil ediləcək.

Qeyd 2. Proqramların sonundakı siyahılarda əsas ədəbiyyat kimi dərsliklər göstərilmişdir. Nəzərinizə çatdırırıq ki, ötən illərdə olduğu kimi, bu il də dərslikdən kənar heç bir mövzu proqramlara daxil edilməmişdir. Əlavə ədəbiyyat siyahısında qeyd olunanlarla isə orta məktəbdə öyrənilənlər təkrar edilə bilər.

Qeyd 3. Ümumtəhsil müəssisələrinin 6-cı siniflərində “Təbiət” adlı yeni dərslik tədris olunur. Bununla əlaqədar olaraq, həmin siniflərdə biologiya və fizika fənləri ayrıca tədris edilmir. Lakin qəbul proqramlarında hələlik bu fənlərdən mövzular qalır. Həmin mövzulara dair materiallarla (Azərbaycan və rus dillərində) aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış olmaq olar.

– Fizika (Azərbaycan bölməsi)

– Fizika (Rus bölməsi)

– Biologiya (Azərbaycan bölməsi)

– Biologiya (Rus bölməsi)

Qeyd 4. Cari tədris ilində respublikanın ümumtəhsil müəssisələrində, kimya, biologiya və fizika fənlərindən 7 və 8-ci, coğrafiya fənnindən isə 6 və 7-ci siniflərdə yeni kurikulum standartları əsasında hazırlanmış dərsliklər istifadəyə verilmişdir. Bu dərsliklər məzmun və yeni terminlərin işlənməsi baxımından əvvəlki nəşrlərdən tamamilə fərqlidir. Ona görə də həmin dərsliklərin yeni nəşrləri ədəbiyyat siyahısına daxil edilməyib və müvafiq mövzulardakı materiallarda dərsliklərin əvvəlki nəşrlərinə istinad ediləcək. Həmin mövzulara dair materiallarla (Azərbaycan və rus dillərində) aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış olmaq olar.

– Fizika (Azərbaycan bölməsi, 7)

– Fizika (Rus bölməsi, 7)

– Biologiya (Azərbaycan bölməsi, 7)

– Biologiya (Rus bölməsi, 7)

– Kimya (Azərbaycan bölməsi, 7)

– Kimya (rus bölməsi, 7)

– Coğrafiya (Azərbaycan bölməsi, 6)

– Coğrafiya (Rus bölməsi, 6)

– Fizika (Azərbaycan bölməsi, 8)

– Fizika (Rus bölməsi, 8)

– Biologiya (Azərbaycan bölməsi, 8)

– Biologiya (Rus bölməsi, 8)

– Kimya (Azərbaycan bölməsi, 8)

– Kimya (Rus bölməsi, 8)

– Coğrafiya (Azərbaycan bölməsi, 7)

– Coğrafiya (Rus bölməsi, 7)

Qeyd 5. Cari tədris ilində respublikanın ümumtəhsil müəssisələrinin 6-cı siniflərində “Azərbaycan tarixi” və “Ümumi tarix” fənlərindən yeni dərsliklər istifadəyə verilmişdir. Bu dərsliklər məzmun baxımından əvvəlki nəşrlərdən müəyyən qədər fərqlidir. Ona görə də həmin dərsliklərin yeni nəşrləri ədəbiyyat siyahısına daxil edilməyib və müvafiq mövzulardakı materiallarda dərsliklərin əvvəlki nəşrlərinə istinad ediləcək. Həmin mövzulara dair materiallarla (Azərbaycan və rus dillərində) aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış olmaq olar.

– Azərbaycan tarixi (Azərbaycan bölməsi)

– Azərbaycan tarixi (Rus bölməsi)

– Ümumi tarix (Azərbaycan bölməsi)

– Ümumi tarix (Rus bölməsi)

Qeyd 6. Respublikanın ümumtəhsil müəssisələrinin 5-cı siniflərində istifadədə olan “Azərbaycan dili” dərsliyindən çıxarılmış, lakin vacibliyi nəzərə alınaraq qəbul imtahanı proqramında saxlanılmış feilin şəkilləri (xəbər şəkli, xəbər şəklində olan feilin zamana və şəxsə görə dəyişməsi, xəbər şəklində olan feillərin yazılışı və tələffüzü, əmr şəkli, arzu şəkli, vacib şəkli, lazım şəkli, şərt şəkli) mövzusu ilə aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış olmaq olar.

Feilin şəkilləri (xəbər şəkli, xəbər şəklində olan feilin zamana və şəxsə görə dəyişməsi, xəbər şəklində olan feillərin yazılışı və tələffüzü, əmr şəkli, arzu şəkli, vacib şəkli, lazım şəkli, şərt şəkli)

Qeyd 7. Respublikanın ümumtəhsil müəssisələrinin 5-ci siniflərində ədəbiyyat fənninin tədrisi vaxtilə iki (variativ) dərslik əsasında aparıldığı üçün həmin sinif üzrə tapşırıqlar dərsliklərdə əksini tapan nəzəri biliklərin tətbiqi ilə bağlı olacaq.

Qeyd 8. Qəbul imtahanında ədəbiyyat fənnindən “Həmzənin Qıratı qaçırması” qolu (“Koroğlu” eposundan), N.Gəncəvinin “İskəndərnamə”, M.Füzulinin “Leyli və Məcnun”, C.Məmmədquluzadənin “Anamın kitabı”, C.Cabbarlının “Oqtay Eloğlu”, S.Vurğunun “Vaqif”, İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” əsərlərinin dərsliklərdə verilməyən, lakin oxunması tövsiyə edilən hissələri üzrə tapşırıqlardan da istifadə olunur. Həmin əsərlərin müvafiq hissələri ilə buradan tanış olmaq olar.

Qəbul imtahanında ədəbiyyat fənnindən həmçinin “Xan sarayı” əfsanəsi, “Çahargah əfsanəsi”, “Ağıllı uşaq” nağılı, “Basatın Təpəgözü öldürdüyü boy” (“Kitabi-Dədə Qorqud” dastanından), “Düratın itməyi” qolu (“Koroğlu” eposundan), N.Gəncəvinin “Yaralı bir uşağın dastanı”, İ.Krılovun “Ağac”, S.Əhmədlinin “Dərs”, Z.Xəlilin “Zeynalabdin”, C. Novruzun “Mən bizim anaları günəşlətən tuturam”, B.Vahabzadənin “Vətəndaş” və M.Hüseynin “Odlu qılınc” əsərləri üzrə tapşırıqlardan da istifadə olunur. Həmin əsərlərlə buradan tanış olmaq olar.

Qeyd 9. На вступительных экзаменах по литературе планируется использование тестовых заданий по произведениям (М. Физули. Газель “Я скован, я пленён…”, М.П. Вагиф. Гошма “Байрам”, М.Ш. Вазех. Стихотворение “Высокая ростом, стройная телом …”, Х.Натаван. “Фиалка”, С. Вургун. Гошма “Горы”, М.Дж. Пашаев. Рассказы “Правила приличия”, “Сирота”, М. Мушфиг. Стихотворение “Мама”, Р. Рза. Стихотворение “Карабах”, Н. Рафибейли. Стихотворение “Утро”, Г. Аббасзаде. Рассказ “Чужие” (из цикла “Той победной весной”), Б. Вагабзаде. Стихотворение “Вот здесь, по эту сторону Аракса…”, С. Рустамханлы. Отрывок из поэмы “Возвращение в Карабах”, Г.Р. Державин. Ода “Властителям и судиям”, А.С. Пушкин. Повесть “Капитанская дочка”, стихотворения “К Чаадаеву”, “К**” (“Я помню чудное мгновенье…”), Ф.И. Тютчев. Стихотворение “Не то, что мните вы, природа…”, М.Ю. Лермонтов. Стихотворения “Бородино”, “К” (Я не унижусь пред тобою…), “Родина”, поэма “Беглец”, И.С. Тургенев “Русский язык”, Л.Н. Толстой. Рассказ “Кавказский пленник”, А.А. Блок. Стихотворение “О, я хочу безумно жить…”, С.А. Есенин. Стихотворение “Отговорила роща золотая…”, В.В. Маяковский. Стихотворение “Необычайное приключение…”, А.А. Ахматова. Стихотворение “Я научилась просто, мудро жить…”, А.Т. Твардовский. Поэма “Василий Тёркин”, И.П. Третьяков. Рассказ “Бывают минуты…”, О. Хайям. Рубаи (“Книга жизни моей перелистана…”, “Мы источник веселья…”, “Принеси заключённый в кувшине рубин…”, “Поутру просыпается роза моя…”, “Нет ни рая, ни ада…”), Х. Ширази. Газель “Ветер нежный, окрылённый, благовестник красоты…”, О.Генри. Новелла “Последний лист”, Ч. Айтматов. Повесть “Лицом к лицу”). Вы можете ознакомиться с этими произведениями, перейдя по ссылке.

Qeyd 10. Təqdim edilmiş proqramlar “Abituriyent” jurnalının birinci sayında dərc olunacaq. Jurnalda imtahanlarda fənlər üzrə mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmiş altstandartlar, imtahan modelinə uyğun tapşırıq nümunələri və qiymətləndirmə meyarları da dərc ediləcək.

Previous Post

Çindən Tayvana: Müstəqillik səyləri uğursuzluğa məhkumdur!

Next Post

Toyda kütləvi zəhərlənmə: 18 nəfər xəstəxanaya aparıldı

Bənzər yazılar

Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib

Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib

24 İyul 2026 - 21:08

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə...

Meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət…

Meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət…

24 İyul 2026 - 19:29

Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, yaxın günlərdə Azərbaycanda isti, quraq və küləkli hava şəraiti davam edəcək ki, bu da meşələrdə...

Nazirlik gözlənilən isti, quraq və küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Nazirlik gözlənilən isti, quraq və küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

24 İyul 2026 - 19:05

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yaxın günlərdə ölkə ərazisində isti, quraq və küləkli hava şəraitinin davam edəcəyi proqnozlaşdırılır. Ekologiya və...

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib – FOTO

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib – FOTO

24 İyul 2026 - 18:44

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin 25 nömrəli Yanğından Mühafizə Hissəsində “açıq...

Next Post
Toyda kütləvi zəhərlənmə: 18 nəfər xəstəxanaya aparıldı

Toyda kütləvi zəhərlənmə: 18 nəfər xəstəxanaya aparıldı

Çin Kanadanı ticarət gərginliyinə son qoymağa çağırır

Çin Kanadanı ticarət gərginliyinə son qoymağa çağırır

Comments 4

  1. Fəridə Abbasova says:
    10 ay ago

    Əla xəbər deyil bu. Hər il olduğu kimi yenə də proqramlar dəyişib, abituriyentləri çətin vəziyyətə salacaq. Məncə bu dəyişikliklər tələbələr üçün əlavə stress deməkdir. Dövlət İmtahan Mərkəzi bu məsələyə bir də baxmalı idi.

    Cavabla
    • Mehdi Abbasov says:
      10 ay ago

      Bu proqramların açiqlanmasi hec de yaxsi hal deyil mence. Her il proqramlar deyishir, telebeler ise bununla bagli cox narahat olur. Halbuki DİM telebelerin cekdiyi ezabni nezere almalidir. Cox pis veziyyetdir.

      Cavabla
  2. Rüfət Məmmədli says:
    10 ay ago

    Bu məlumatı görmək çox sevindirici oldu, universitetə qəbul üçün proqramların açıqlanması şagirdlər üçün çox vacibdir. Dövlət İmtahan Mərkəzinin vaxtında məlumat yayması da təqdirəlayiqdir. Ümid edirəm ki, bu proqramlar hər kəsə aydın olacaq və qəbul prosesi daha da şəffaf keçəcək. Bu cür yeniliklər hər zaman xoş gəlir.

    Cavabla
    • Qurban Fətəliyev says:
      10 ay ago

      Qəbul proqramlarının açıqlanması sevindiricidir, amma bəzi məqamlar hələ də aydın deyil. Məsələn, 6-cı sinifdə “Təbiət” dərsinə keçilsə də, biologiya və fizika mövzularının proqramda qalması çaşdırıcıdır. DİM-in bu məsələni daha ətraflı izah etməsi lazım idi. Ümid edək ki, bu yeniliklər şagirdlərin işini asanlaşdıracaq.

      Cavabla

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Tramp Amerika şirkətlərinə tətbiq edilən cərimələrə görə Aİ-ni rüsumlarla hədələyib

Tramp Amerika şirkətlərinə tətbiq edilən cərimələrə görə Aİ-ni rüsumlarla hədələyib

24 İyul 2026 - 23:01
ABŞ Oman dənizində LPG tankerinə zərbə endirib, iki nəfər ölüb

ABŞ Oman dənizində LPG tankerinə zərbə endirib, iki nəfər ölüb

24 İyul 2026 - 22:57
BCM-in prokuroru Kərim Xan vəzifədən kənarlaşdırılıb

BCM-in prokuroru Kərim Xan vəzifədən kənarlaşdırılıb

24 İyul 2026 - 22:55
Latviya Rusiyaya etiraz notası təqdim edib

Latviya Rusiyaya etiraz notası təqdim edib

24 İyul 2026 - 21:55
Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

24 İyul 2026 - 21:54
Gürcüstanda genişmiqyaslı elektrik qəzasının səbəbləri araşdırılır

Gürcüstanda genişmiqyaslı elektrik qəzasının səbəbləri araşdırılır

24 İyul 2026 - 21:52
WSJ: Küveyt və Bəhreyn iyulda İrana gizli şəkildə zərbələr endirib

WSJ: Küveyt və Bəhreyn iyulda İrana gizli şəkildə zərbələr endirib

24 İyul 2026 - 21:49
Zelenski: Ukrayna PUA-larının uçuş məsafəsini 10 min kilometrə qədər artırmağı planlaşdırır

Zelenski: Ukrayna PUA-larının uçuş məsafəsini 10 min kilometrə qədər artırmağı planlaşdırır

24 İyul 2026 - 21:25
Xəzər rayonunda son istifadə tarixi dəyişdirilmiş 49 mindən çox içki məhsulu müsadirə olunub

Xəzər rayonunda son istifadə tarixi dəyişdirilmiş 49 mindən çox içki məhsulu müsadirə olunub

24 İyul 2026 - 21:13
“Biləcəri” dairəsində yanğınla bağlı nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub

“Biləcəri” dairəsində yanğınla bağlı nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub

24 İyul 2026 - 21:12
Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib

Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib

24 İyul 2026 - 21:08
Meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət…

Meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət…

24 İyul 2026 - 19:29
İqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilib

İqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilib

24 İyul 2026 - 19:14
Nazirlik gözlənilən isti, quraq və küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Nazirlik gözlənilən isti, quraq və küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

24 İyul 2026 - 19:05
PA Vətəndaş Qəbulu Mərkəzində avqust ayında vətəndaşların qəbulu CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzində avqust ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 İyul 2026 - 18:52
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.