Sentyabrın 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Nyu-York şəhərində BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər.
Xarici İşlər Nazirliyindən Elchi.az-a verilən xəbərə görə, 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Sammitinin nəticələrinə əsaslanaraq, nazirlər sülh gündəliyinin irəlilədilməsi üçün mümkün növbəti addımlar barədə fikir mübadiləsi aparıblar.
Nazirlər dialoqu davam etdirmək barədə razılığa gəliblər.






















Çox sevindirici xəbərdir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh üçün danışıqlara davam edirlər. Ümid edirəm ki, bu dialoq nəticəsində regionda daimi sülh bərqərar olacaq. Belə görüşlər hər zaman xoşdur və gələcəkdə daha böyük uğurlara yol açacaq. Tərəflərin sülhə doğru atdığı hər addım çox dəyərlidir.