"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

20 sentyabr tariximizin ən dəyərli səhifələrindən biridir

19 Sentyabr 2025 - 11:38
in XƏBƏR LENTİ
FacebookVatsap

Azərbaycan tarixində mühüm mərhələlərdən biri – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin dövlət suverenliyi altına tam qaytarılması – hər il rəsmi olaraq qeyd ediləcək. Möhtərəm Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Günü kimi qeyd olunur. Bu qərar təkcə tarixi ədalətin bərpası deyil, həm də Azərbaycanın dövlətçilik və ərazi bütövlüyü naminə apardığı uğurlu siyasətin hüquqi və siyasi simvoludur.
Elchi.az xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib.
Millət vəkili qeyd edib ki, cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etməyə başladığı ilk gündən prioritet vəzifə kimi qarşısına qoyduğu əsas məqsəd torpaqlarımızın işğaldan azad edilməsi olub:
“Azərbaycan uzun illər Ermənistanın işğalçı siyasəti nəticəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə kimi qədim torpaqlarından məhrum olmuşdu. Lakin 2020-ci ildə Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə və 2023-cü ildə aparılan dövlət suverenliyinin bərpası əməliyyatı nəticəsində bu ərazilər tamamilə nəzarətə götürüldü. Cənab Prezident İlham Əliyev bu barədə demişdir: “Azərbaycan xalqı uzun illər bu günü gözləyirdi və nəhayət, biz tarixi ədaləti bərpa etdik.” Prezident İlham Əliyevin hələ 2003-cü ildən əsas məqsədi işğal altındakı torpaqların azad edilməsi və orada Azərbaycan Bayrağının ucaldılması olmuşdur. Bu hədəf bir dövlət strategiyası kimi reallaşdırıldı. 20 il ərzində güclü ordu quruculuğu, diplomatik mübarizə və milli həmrəylik nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdi. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan öz torpaqlarını özü azad etdi və bu, dünya tarixində nadir hadisələrdən biridir.”
Kamaləddin Qafarov Xankəndi şəhərində 2023-cü ildə keçirilmiş hərbi paradın siyasi-mənəvi əhəmiyyətindən bəhs edib:
“2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən hərbi parad Azərbaycanın möhtəşəm Zəfərinin rəmzi oldu. Vətən müharibəsində qazanılan Qələbənin üçüncü ildönümünə həsr olunmuş bu parad cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə baş tutdu. Bu, Azərbaycanın müasir tarixində bir dönüş nöqtəsi idi – həmin torpaqlarda artıq Azərbaycan əsgəri dayanır, üçrəngli Bayrağımız dalğalanırdı. Dövlətimizin başçısı bu paradda çıxışı zamanı xüsusi vurğuladı: “Biz yalnız öz gücümüzə arxalanaraq Zəfərə nail olduq. Artıq Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Azərbaycanındır.” Bu gün Azərbaycan öz şanlı tarixinin yeni mərhələsinə qədəm qoyur. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə artıq sadəcə coğrafi bölgələr deyil, həm də milli iradənin, dövlətimizin gücünün və tarixi ədalətin təcəssümüdür. 20 Sentyabr tarixinin bu şəhərlərlə qoşa dayanması isə gələcək nəsillər üçün bir yaddaş günüdür – Azadlıq, Suverenlik və Milli qürur Günü!”

Bunu da oxuyun

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

 

Previous Post

Avropanın Ukrayna ilə bağlı strategiyası müdafiə investisiyasına çevrilib

Next Post

Baş prokuror Naxçıvanda əməliyyat müşavirəsi keçirib

Bənzər yazılar

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40

İran həm diplomatiya, həm də ölkəni müdafiə etmək üçün hazırdır. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35

Bazar günü Hörmüz boğazından keçən tanker atəşə tutulub. Elchi.az xəbər verir ki, bu barədə bazar ertəsi Böyük Britaniya Hərbi Dəniz...

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31

İran Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın Tehrana qarşı ittihamlarını pisləyib. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran...

Next Post
Baş prokuror Naxçıvanda əməliyyat müşavirəsi keçirib

Baş prokuror Naxçıvanda əməliyyat müşavirəsi keçirib

Türkiyədə Üzeyir Hacıbəyovla bağlı tədbir keçirildi

Türkiyədə Üzeyir Hacıbəyovla bağlı tədbir keçirildi

Comments 11

  1. Zaur Muradov says:
    1 il ago

    Bu Sərəncam Azərbaycanın tarixində yeni bir səhifə açır. Sentyabrın 20-sinin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Günü kimi qeyd olunması çox yerində bir qərardır. Bu, Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsidir. Bu günlər bizim üçün çox əzizdir və tarixi ədalətin bərpasıdır.

    Reply
  2. Gülşən Şıxıyeva says:
    1 il ago

    Çox gözəl bir xəbərdi. Prezident İlham Əliyevin sentyabrın 20-sini Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Günü elan etməsi tarixi ədalətin bərpasıdır. Bu, Vətən müharibəsində qazandığımız möhtəşəm qələbənin bir təsdiqidir. Ərazi bütövlüyümüzün tam təmin olunması xalqımız üçün böyük fəxr mənbəyidir.

    Reply
  3. Ülviyyə Nəsibova says:
    1 il ago

    Çox gözəl məlumatdır, bu tarixi qərar çox sevindiricidir! Prezidentimizin Sərəncamı ilə sentyabrın 20-sinin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Günü kimi qeyd olunması tarixi ədalətin təntənəsidir. Bu günlə bağlı sizin də fikirləriniz maraqlıdır.

    Reply
    • Zəhra Səfərova says:
      1 il ago

      Bu tarixi qərarın qəbul olunması əlbəttə ki, təqdirəlayiqdir. Sentyabrın 20-sini bu şəhərlər Günü kimi qeyd etmək, bu hadisələrin əhəmiyyətini vurğulayır. Lakin, bu cür böyük qayıdışın yalnız bir günlə məhdudlaşması, hadisələrin tam miqyasını əks etdirirmi, bu sual hər zaman cavabını axtaracaq. Amma yenə də, dövlətin bu mövzuda atdığı addımlar müsbətdir.

      Reply
      • Ramin Qasımov says:
        1 il ago

        Bu çox gözəl xəbərdir! Sentyabrın 20-si həqiqətən də tariximizin ən dəyərli səhifələrindən biridir. Prezidentimizin bu qərarı hamımızı sevindirdi, necə ki əvvəl də dediyimiz kimi, belə böyük qayıdışın unudulmaması çox vacibdir. Allah Prezidentimizə can sağlığı versin, bizim torpaqlarımızı belə azad etdi. Bu qərar sayəsində hamı bu tarixi hadisələri xatırlayacaq.

        Reply
        • Nahidə Həsənova says:
          1 il ago

          Bu xəbər çox sevindirici bir xəbərdir, həqiqətən də. Sentyabrın 20-si bizim üçün xüsusi bir tarix olacaq. Prezidentimizin bu addımı çox düzgündü, belə önəmli qayıdışın yaddan çıxmaması vacibdir. Bu günü bayram kimi qeyd etmək hamımızı qürurlandırır.

          Reply
  4. Dilarə Mustafayeva says:
    1 il ago

    Bu günlərin hər il qeyd olunması çox ədalətlidir. Prezident İlham Əliyevin bu cür əhəmiyyətli addımı bütün xalqımızı sevindirdi. Tarixi nailiyyətlərimizin unudulmaması vacibdir. Bu, Azərbaycanın gücünü və birliyini bir daha göstərir.

    Reply
  5. Elnur Ələkbərov says:
    1 il ago

    Sentyabr ayının 20-si artıq Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Günü kimi qeyd olunacaq. Bu, necə gözəl bir xəbərdir! Prezidentimizin Sərəncamı ilə bu günün rəsmiləşməsi, əslində, illərlə gözlədiyimiz tarixi ədalətin təntənəsidir. Bu, Prezident İlham Əliyevin müdrik siyasətinin və xalqımızın birliyinin parlaq nəticəsidir.

    Reply
    • Pəri Babayeva says:
      1 il ago

      Bu möhtəşəm qərarla bağlı mətnlə tam razıyam. Prezidentimizin Sərəncamı ilə sentyabrın 20-sinin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Günü kimi qeyd olunması, əslində, illərlə gözlədiyimiz tarixi ədalətin təntənəsidir. Bu, Prezident İlham Əliyevin müdrik siyasətinin və xalqımızın birliyinin parlaq nəticəsidir, bizim üçün 20 sentyabr tariximizin ən dəyərli səhifələrindən biridir. Bu gün bizim üçün bir bayramdır və bu hissi yaşamaq çox gözəldir.

      Reply
  6. Namiq Vəliyev says:
    1 il ago

    Əla bir məqalə, doğrudan da 20 sentyabr tariximizin qızıl hərflərlə yazılacaq bir günü. Prezidentimizin bu Sərəncamı çox yerindədir, nəhayət ki, o ərazilərdə də Azərbaycan Bayrağı dalğalanır. Bu uğur hamımızın qürurudur! Kim bilir, bəlkə gələn il bu gündə o şəhərlərdə də böyük tədbirlər olar.

    Reply
    • Rəna Həsənova says:
      1 il ago

      Çox gözəl xəbərdir, ürəyim sevinir. 20 sentyabr tariximizin ən dəyərli səhifələrindən biri olacaq. Prezidentimizin bu sərəncamı çox əladır, inaniram ki, gələn il bu gündə o şəhərlərdə də böyük tədbirlər olacaq. Allah prezidentimizi qorusun, canı sağ olsun.

      Reply

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31
“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

12 Oktyabr 2026 - 22:54
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

12 Oktyabr 2026 - 22:53
Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

12 Oktyabr 2026 - 22:00
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

12 Oktyabr 2026 - 21:58
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

12 Oktyabr 2026 - 21:57
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

12 Oktyabr 2026 - 20:59
“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

12 Oktyabr 2026 - 20:44
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41
Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

12 Oktyabr 2026 - 20:39
Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

12 Oktyabr 2026 - 20:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.