Meksikanın cənub-qərbində yerləşən Yukatan ştatında mikroavtobus və yük maşını toqquşub. Dəhşətli qəzada 15 nəfərin öldüyü bildirilir.
Elchi.az xəbər verir ki, Meksika KİV-lərinin məlumatına görə, Merida-Kampeçe yolunun 127-ci kilometrliyində inşaatçıları daşıyan mikroavtobus əvvəlcə qarşıdakı avtomobili vurub, sonra qarşıdakı zolağa keçib və yük maşını ilə toqquşub.
15 nəfər hadisə yerində ölüb, 3 nəfər isə yaralanıb.
Hadisə yerinə sövq edilən yanğınsöndürənlər mikroavtobusda qalanları çıxarmaq üçün uzun müddət mübarizə aparıblar.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Şayəstə Hüseynova





















