Guardian: Şahzadə Harri gözlənilmədən Kiyevə gəldi.
Elchi.az xəbər verir ki, Britaniya şahzadəsi Harri “gözlənilmədən” Kiyevə gəlib. Bu barədə “The Guardian” məlumat yayıb.
“Şahzadə Harri minlərlə yaralıya dəstək vəd edərək Ukraynaya gözlənilməz səfər edib”, – qəzet yazır.
Harri deyib ki, o, minlərlə ağır yaralanan hərbçinin reabilitasiyasına kömək etmək üçün “mümkün olan hər şeyi” etmək istəyir.
Ukrayna paytaxtına səfəri zamanı o və özünün Invictus Games Fondunun komandası yaralıların reabilitasiyasına dəstək üçün yeni təşəbbüsləri ətraflı müzakirə etmək niyyətindədir.
Sentyabrın 12-də Böyük Britaniyanın yeni xarici işlər naziri İvet Kuper ilk xarici səfəri üçün Ukraynanı seçdi.
Kuper qeyd edib ki, London “gələcək illər boyu” ədalətli və davamlı sülhün əldə edilməsində Ukraynanın tərəfində olacaq.
Şayəstə Hüseynova





















