Ağ Ev ABŞ Demokratik Partiyasının siyasətçilərini və onların tərəfdarlarını amerikalı mühafizəkar fəal Çarli Kirk və ukraynalı qaçqın İrina Zarutskayanın qətlindən sonra cinayəti dəstəkləməkdə ittiham edib.
Elchi.az xəbər verir ki, bu barədə Ağ Evin rəsmi “X” hesabında yerləşdirilmiş mesajda qeyd olunub.
Mesajda deyilir: “Demokratlar cinayət tərəfdarıdır”.
Ağ Evin yazısında, həmçinin, kütləvi qətllər də daxil olmaqla, son aylardakı səs-küylü cinayətləri sadalayan və Demokratların cinayətə lazımi reaksiya verməməsini tənqid edən Amerika KİV-lərinin başlıqları da var. Yazıda Zarutskayanın qətli ilə bağlı başlıq xüsusi qeyd olunub.
Yeganə





















