Politico: NATO ölkələri Rusiyanın alyansın sərhədləri yaxınlığında keçirdiyi hərbi təlimlərə cavab verəcəklərini vəd ediblər.
Elchi.az xəbər verir ki, NATO ölkələri Rusiyanın Polşa və Litva sərhədləri yaxınlığında keçirdiyi Zapad-2025 təlimlərinə cavab verəcəklərini vəd ediblər. Bu barədə “Politico” qəzeti məlumat yayıb.
Rusiya-Belarus birgə “Zapad-2025” təlimləri sentyabrın 12-dən 16-na kimi baş tutacaq.Nəşrin məlumatına görə, Moskva Şimali Atlantika Alyansının qüvvələri ilə mümkün toqquşmalara cəhd edəcək.
“Biz NATO və Aİ sərhədləri yaxınlığında təlimlərə ciddi yanaşmalıyıq; həm qonşu dövlətlər, həm də NATO-nun özü onlara son dərəcə ciddi yanaşır. Litva və müttəfiqlərimiz hazırdır, birləşir və hadisələrin gedişatını diqqətlə izləyəcəklər”, – Litvanın müdafiə nazirinin müavini Tomas Qodliauskas deyib.
Sentyabrın 5-də Polşanın baş naziri Donald Tusk Rusiya-Belarus hərbi təlimləri “Zapad-2025”ə görə ölkənin Belarusa qarşı “xüsusi tədbirlər” görəcəyini bildirib. Tusk “Zapad-2025” təlimlərini Polşaya hücum üçün təlim hesab edir. Rusiyanın müdafiə naziri Andrey Belousov bildirib ki, Rusiya-Belarus birgə təlimləri yalnız müdafiə məqsədi daşıyır.
Şayəstə Hüseynova






















Son şərhlər