"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Sülhə aparan Zəngəzur yolu – Dəyirmi Masa keçirilib

05 Sentyabr 2025 - 15:18
in SİYASƏT
FacebookVatsap

Sentyabrın 5-də Media İnkişaf Mərkəzi İctimai Birliyinin (MİM İB) təşkilatçılığı ilə “Zəngəzur dəhlizi: regional kommunikasiyalar sülhə əlavə təminat kimi” mövzusunda dəyirmi masa keçirilib.

Bunu da oxuyun

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

Slovakiyanın müdafiə naziri: Azərbaycan suverenliyini və ərazi bütövlüyünü qorumağın mümkün olduğunu göstərib

Qeyd edək ki, tədbir Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi MİM İB-nin icra etdiyi “Qərbi Azərbaycan: mədəni, hüquqi, siyasi bağlar” adlı layihə çərçivəsində keçirilib.

Təşkilatın sədri Qabil Rüstəmov tədbirə gələn qonaqları, ekspertləri və jurnalistləri salamlayaraq, bildirib ki, Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinin mühüm istiqamətlərindən biri də regional kommunikasiya xətlərinin açılması və bölgədə əməkdaşlıq mühitinin yaradılmasıdır. “Zəngəzur yolunun açılması təkcə Azərbaycanın öz eksklavı olan Naxçıvanla maneəsiz nəqliyyat əlaqəsinin bərpası və Asiya-Avropa nəqliyyat əlaqəsinin yaxşılaşdırılması baxımından deyil, həm də bölgə dövlətlərinin siyasi və iqtisadi əməkdaşlığının bərpası baxımından faydalı bir hadisə olacaq” – təşkilat sədri bildirib.


Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev çıxışında bildirib ki, sülh prosesi intensivləşdikcə Qərbi Azərbaycan mövzusuna da diqqət artır.

“Xüsusi ilə Zəngəzur dəhlizi məsələsi ilə bağlı müzakirələri incələsək, görərik ki, fərqli yanaşmalar var. Ancaq bizim öz ekspertlərimiz, vətəndaş cəmiyyətləri tərəfindən illərdir bu məsələlər müzakirə olunur və artıq həm dövlətin, həm də cəmiyyətin bu məsələ ilə bağlı formalaşmış rəyi var” – deyə o, bildirib.

Bakı Mətbuat Klubunun sədri Arif Əliyev Zəngəzur yolunun açılmasının istər siyasi, istər nəqliyyat, istərsə də çox böyük gəlir mənbəyi olaraq iqtisadi baxımdan əhəmiyyətini qeyd edib. “Zəngəzur dəhlizi həmçinin Ermənistanında dünya iqtisadi sisteminə qoşulması üçün yeganə yoldur. Biz uzun illərdir bu məsələnin media işıqlandırılmasını monitorinq edirik. Gələn ay yenidən monitorinq aparacağıq. Zəngəzur məsələsi Azərbaycan mediasının işıqlandırdığı məsələlər arasında 5-ci yerdədir. Gözləyirəm ki, oktyabrda keçirəcəyimiz monitorinqdə bu məsələ ilk pillələrdə yer alacaq” – A.Əliyev bildirib.


Nəqliyyat və kommunikasiya məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Zəngəzur yolunun bir kommunikasiya layihəsi kimi əhəmiyyəti ilə bağlı hazırladığı təqdimatı nümayiş etdirib. Ekspert bildirib ki, ölkəmizin indiyədək Gürcüstan limanlarına və Bakı-Tbilisi-Qars yolu ilə Türkiyəyə çıxışı var idi. Yeni reallıq bu imkanların daha da artdığını göstərir. O, Zəngəzur dəhlizinin əhəmiyyətini 3 mərhələ üzrə dəyərləndirib:

1) Ölkədaxili

2) Türk dünyası

3) Qitələrarası

R.Ağamirzəyev deyib ki, Zəngəzur dəhlizi üzrə həmçinin Culfa üzərindən İran ərazisinə də nəqliyyat dəhlizi yaradıla bilər. Həmçinin, Türkiyənin “Kalkınma yolu” adlandırdığı, Yaxın Şərq ölkələri ilə quru əlaqəsini təmin edən marşrutun bu xəttə birləşdirilməsi imkanı olacaq. “Mərkəzi Asiya ölkələri üçündə bu yol cəlbedicidir. Zəngəzur dəhlizi vasitəsi ilə onlar Afrika və Avropa bazarlarına çıxış əldə edəcəklər. Son hadisələr – Rusiya-Ukrayna müharibəsi, husilərin Qırmızı dənizdə hücumu, İsrail-İran münasibətlərinin gərginləşməsi, o cümlədən Rusiya və İranın sanksiyalar altında olması bu yolun əhəmiyyətini artırmaqdadır. Çünki başqa alternativ yoxdur” – deyə ekspert bildirib.


Siyasi analitik İlqar Vəlizadə bildirib ki, Zəngəzur bölgəsinin siyasi və təsərrüfat-iqtisadi tarixi barədə danışıb. O, deyib ki, 1868-ci ildə Rusiya imperiyası məhz təsərrüfat rayonu olaraq Zəngəzur qəzasını yaratmışdır. “Oranın əhalisi azərbaycanlılar idi. Əsasən heyvandarlıqla məşğul idilər. Dağlıq ərazisində yaylaqların, düzənliklərdə isə qışlaqların olması səbəbindən vahid ərazi sistemi olaraq qəbul olunurdu. Zəngəzur dəhlizi dedikdə təkcə cənub başa düşülür. Halbuki bu anlayış Şahbuzdan Laçına qədər olan ərazini də özündə birləşdirir. Sərhədlər açılsa, bu yol bütün istiqamətləri özündə birləşdirəcək. Bu yol həm də şimal və cənub istiqamətini özündə birləşdirir. Rusiya, çox güman ki, köhnə yoldan istifadə edəcək. Çünki digər istiqamət artıq “Tramp marşrutu” adlandırılır, ona görə də siyasi baxımdan onların bu yoldan istifadə edəcəyini düşünmürəm” – analitik bildirib.

Tədbirdə çıxış edən digər jurnalistlər və QHT təmsilçiləri də mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Previous Post

Türkiyə “Altay” tanklarının kütləvi istehsalına başlayıb

Next Post

KİV: Britaniyanın Baş nazirinin müavini vergi qalmaqalı səbəbindən istefa verib

Bənzər yazılar

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

29 Sentyabr 2026 - 20:57

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşüb. Elchi.az "Tasnim"ə istinadən xəbər...

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

29 Sentyabr 2026 - 20:10

İranda səfərdə olan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşüb. Elchi.az IRIB-yə istinadən xəbər verir...

Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri: Azərbaycan suverenliyini və ərazi bütövlüyünü qorumağın mümkün olduğunu göstərib

29 Sentyabr 2026 - 19:20

"Suverenlik, konstitusiya, kimlik, azadlıq və demokratiya kimi anlayışlar xüsusilə öz suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan ölkələr üçün xüsusi...

Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

29 Sentyabr 2026 - 19:07

"Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib". Elchi.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Konstitusiya Günü münasibətilə Bakıda...

Next Post
KİV: Britaniyanın Baş nazirinin müavini vergi qalmaqalı səbəbindən istefa verib

KİV: Britaniyanın Baş nazirinin müavini vergi qalmaqalı səbəbindən istefa verib

Qazaxıstan tarixində ən böyük kokain partiyası müsadirə edilib

Qazaxıstan tarixində ən böyük kokain partiyası müsadirə edilib

Son xəbərlər

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

29 Sentyabr 2026 - 20:57
Rusiya neft emalı zavodlarını məxfiləşdirir

Rusiya neft emalı zavodlarını məxfiləşdirir

29 Sentyabr 2026 - 20:28
Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

29 Sentyabr 2026 - 20:16
Lənkəran rayonunda zəlzələ olub

Lənkəran rayonunda zəlzələ olub

29 Sentyabr 2026 - 20:13
Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

29 Sentyabr 2026 - 20:10
Prezidentlikdən istefa verən Vuçiç “ofisiant” oldu

Prezidentlikdən istefa verən Vuçiç “ofisiant” oldu

29 Sentyabr 2026 - 20:00
Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri: Azərbaycan suverenliyini və ərazi bütövlüyünü qorumağın mümkün olduğunu göstərib

29 Sentyabr 2026 - 19:20
Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

29 Sentyabr 2026 - 19:07
Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

29 Sentyabr 2026 - 18:56
“Sumqayıt” amerikalı basketbolçunu heyətinə cəlb etdi

“Sumqayıt” amerikalı basketbolçunu heyətinə cəlb etdi

29 Sentyabr 2026 - 18:48
Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim etdi

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim etdi

29 Sentyabr 2026 - 18:37
Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib – YENİLƏNİB

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib – YENİLƏNİB

29 Sentyabr 2026 - 18:29
Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

29 Sentyabr 2026 - 18:20
Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

29 Sentyabr 2026 - 17:58
İstanbulda borca görə saxlanılan İran təyyarəsi azad edilib

İstanbulda borca görə saxlanılan İran təyyarəsi azad edilib

29 Sentyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.