“Fransa prezidenti Emmanuel Makronun siyasi karyerasının inkişafı ölüm ayağında olan adamın özünü xilas etməyə çalışan davranışına bənzəyir”.
Elchi.az xəbər verir ki, bu fikirləri Fransanın “Ədalətli Avropa” partiyasının lideri Tyeri-Pol Vale “RT”-yə şərhində bildirib.
“Bu, ölməzdən əvvəl titrəyən və nəyin bahasına olursa olsun həyatını xilas etməyə çalışan bir insanın son ümididir”,-deyə partiya rəhbəri qeyd edib.
Siyasətçi həmçinin vurğulayıb: “Təəssüf ki, cənazə dəfn edilib və onun taleyi artıq həll olunub”.
Yeganə
Mənbə: TASS.ru